Bakı şəhər birinciliyində 800-ə yaxın cüdoçu mübarizə aparacaq
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 18 yaşadək yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyi keçiriləcək.
ACF-dən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 7-9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində qaliblər bəlli olacaq. Turnirdə Bakının 66 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 795 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Turnirin əsas məqsədi yeniyetmələr və gənclər arasında idman vasitəsilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
Qeyd edək ki, Bakı şəhər birinciliyi müvafiq yaş qrupu üzrə gələn il baş tutacaq Azərbaycan birinciliyinə seçim xarakteri daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]
Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
- 15.06.2026 [13:09]
"Sabah"ın yeni idman direktorunun adı məlum olub
- 15.06.2026 [13:01]
İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır
- 15.06.2026 [02:26]
Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]