BAKI SOS UŞAQ KƏNDİNDƏ “QLOBAL SÜLH OYUNLARI”NIN AÇILIŞ MƏRASİMİ KEÇİRİLMİŞDİR
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının icraçı direktoru Uğur Zeynallı AZƏRTAC-ın müxbirinə bildirmişdir ki , BMT-nin 2001-2010-cu illəri Sülh və Zorakılıqsız həyat Mədəniyyəti onilliyi elan etməsi ilə əlaqədar, Qlobal Sülh Oyunları keçirilməsi nəzərdə tutulmuşdur. Oyunların məqsədi uşaqlara dünya dostluğu və sülh mədəniyyəti missiyasında öz yerlərini tutmağa və BMT-nin məqsədləri haqda bilik əldə etməyə imkan yaratmaqdır.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası da cari ildə bu təşəbbüsə qoşulmuşdur. Bakı SOS Uşaq Kəndinin yaxınlığında yerləşən orta məktəblərin komandalarının iştirakı ilə keçirilən turnir sentyabrın 30-da başa çatacaq. Yarış iştirakçıları BMT Baş katibinin İnkişaf və Sülh naminə İdman üzrə xüsusi məsləhətçisi Adolf Oqinin iştirakçılara ünvanladığı müraciəti səsləndirmişlər.
Açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini , “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının vitse-prezidenti Tahir Budaqov , Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mətbuat katibi Məzahir Süleymanov, yarışların keçirilməsinə sponsorluq edən McDonalds şirkətinin , idman qurumlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]