CƏMİYYƏT
Bakıda Avropanın gənclər platformasının idarə heyətinin iclası keçirilir
İclasın Forumun tamhüquqlu üzvü olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) beynəlxalq səviyyədə uğurlu fəaliyyətinin nəticəsi olaraq ölkəmizdə keçirilməsi qərara alınıb.
Tədbirdə Avropa Gənclər Forumunun rəhbərliyi, idarə heyətinin üzvləri və katibliyinin nümayəndələri iştirak edirlər.
Avqustun 31-dək davam edəcək tədbir Avropa Şurasının noyabrda keçiriləcək hesabat-seçki konfransı ərəfəsində həyata keçirilən Avropa Gənclər Forumunun idarə heyətinin son iclasıdır.
ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, iclasda iştirakçılara tədbirə ev sahibliyi edən ölkəmizdə gənclərlə bağlı görülən işlər və Azərbaycan gənclər siyasəti haqqında məlumat veriləcək. Tədbirdə Avropa ölkələrində gənclərlə bağlı fəaliyyət istiqamətləri müəyyən ediləcək.
Forum Avropa ölkələrinin gənclər təşkilatlarının milli şuraları və beynəlxalq qurumlardan ibarət 99 təşkilatı birləşdirir və 10 milyona yaxın gənci əhatə edir.