Bakıda “Bayrağımız qürur mənbəyimizdir” adlı velosiped yarışı keçirilmişdir
Bakı, 9 noyabr (AZƏRTAC). Noyabrın 9-da 14-17 yaşlı oğlan və qızlar arasında “Bayrağımız qürur mənbəyimizdir” adlı velosiped yarışı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkil etdiyi yarış Azadlıq meydanının qarşısındakı fəvvarələr kompleksinin yanından başlamışdır. Yüzdən çox velosipedçinin iştirak etdiyi yarış Dövlət Bayrağı Meydanında başa çatmışdır.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Azər Rüstəmov birinci, Kamran Məmmədov ikinci, Vüqar Nəsibov isə üçüncü olmuşlar.
Qızların yarışında Sürayə Tvaradze fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Veloyürüşün ən gənc iştirakçısı Samirə Orucovaya isə sertifikat təqdim olunmuşdur.