İQTİSADİYYAT
Bakıda beynəlxalq bank konfransı keçiriləcəkdir
Bakı, 9 noyabr (AZƏRTAC). Noyabrın 15-16-da MDB-nin Maliyyə-Bank Şurası tərəfindən Azərbaycan Beynəlxalq Bankı (ABB) və MDB-nin İcraiyyə Komitəsinin dəstəyi ilə VI Bakı Beynəlxalq bank konfransı keçiriləcəkdir.
ABB-dan AZƏRTAC-a bildirmişlər ki, MDB-nin maliyyə bazarlarının inteqrasiyası mövzusuna həsr edilən konfrans çərçivəsində MDB ölkələri bank sistemlərinin qloballaşma şəraitində fəaliyyəti, pərakəndə bank xidmətlərinin xüsusiyyətləri, regional, o cümlədən Xəzəryanı iqtisadi proqramların perspektivləri, maliyyə sektorlarının investisiya cəlbediciliyinin artırılması, maliyyə qurumlarında insan kapitalı kimi məsələlər və problemlər müzakirə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]