BAKIDA DÜNYA TENNİS ASSOSİASİYASININ TURNİRİ KEÇİRİLƏCƏK
Gürcüstan, Rusiya, Belarus, ABŞ, İtaliya, İspaniya, Hindistan, Almaniya, Bolqarıstan, Rumıniya və digər ölkələrin idmançıları mükafat fondu 10 min dollar olan turnirdə iştirak edəcəklərini bildirmişlər. İndiyədək cəmi 42 tennisçinin iştirak edəcəyi məlumdur.
Turnirin direktoru Tatyana Abdulhaqova iştirakçı dövlətlərin coğrafiyasının geniş olmasını Azərbaycanın tennis ənənələrinin dünyada tanınması ilə izah etmişdir. Yarışlarda Azərbaycanın idman şərəfini beynəlxalq görüşlərdə müəyyən təcrübəsi olan ölkə çempionu Elina Həsənova, habelə gənc və perspektivli tennisçilər Sevil Əliyeva və Siyarə Məmmədova qoruyacaqlar.
T.Abdulhaqova Azərbaycan Gənclər və İdman Nazirliyinin və Tennis Federasiyasının apardığı böyük hazırlıq işlərindən də söhbət açmışdır. Yarışların keçiriləcəyi İdman-Tennis kompleksində (“Gənclik” metrosu yaxınlığında) tennis meydançaları yeniləşdirilmiş, təzələri tikilmiş, kompleksin ərazisi abadlaşdırılmış, tamaşaçılar və iştirakçılar üçün hər cür şərait yaradılmışdır. Turnirin direktoru demişdir ki, beynəlxalq tədbir Azərbaycanın idman həyatında əlamətdar hadisə olmaqla yanaşı, bu Olimpiya idman növünün ölkəmizdə təbliğinə və inkişafına da xidmət edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]
“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək
- 03.10.2026 [10:21]
Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:45]