BAKIDA MAESTRO NİYAZİNİN YUBİLEYİ MÜNASİBƏTİLƏ SƏRGİ KEÇİRİLƏCƏKDİR
Maestro Niyazinin 90 illiyi münasibətilə Azərbaycan Prezidenti Heydər Əliyevin 2002-ci il 19 avqust tarixli Fərmanına uyğun olaraq, görkəmli dirijor və bəstəkarın həyat və yaradıcılığına həsr edilmiş tədbirlər davam edir.
Bu yaxınlarda “Maestro” adlı kitab çapdan çıxmışdır. Kitabın müəllifi və elmi redaktoru Azərbaycan Tarixi Muzeyinin direktoru, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nailə Vəlixanlıdır.
Tarix Muzeyindən AZƏRTAC-a bildirmişlər ki, yaxın vaxtlarda burada maestronun yubileyi münasibətilə sərgi açmaq nəzərdə tutulur. Sərgidə Niyazinin həyat və yaradıcılığına dair 200-dək eksponat nümayiş etdiriləcəkdir. Onların əksəriyyəti müxtəlif fotoşəkillərdən, sənədlərdən və maestroya bağışlanmış əşyalardan ibarətdir. Bir aya yaxın davam edəcək sərgi başa çatdıqdan sonra bunların bir hissəsi daimi ekspozisiyaya qoyulacaqdır.
Hazırda muzeyin fondunda vaxtilə maestroya məxsus olmuş təxminən 300 əşya saxlanılır. Onları Muzeyə 1987-ci ildə Niyazinin ömür-gün yoldaşı Həcər xanım bağışlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [15:42]
“Öz yazarını seç” – onlayn səsverməyə start verilir
- 17.10.2026 [10:40]
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb
- 17.10.2026 [02:51]
Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]