Bakıda qadın sahibkarlar üçün təlim təşkil edilib
Bakı, 1 aprel, AZƏRTAC
Aprelin 1-də Bakıda qadın sahibkarlar üçün təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda Amerika Ticarət Palatasının - "AmCham"ın icraçı direktoru Natavan Məmmədova son illər ölkəmizdə uğurlu karyera quran qadınların sayının artdığını deyib. Bildirib ki, bugünkü tədbir gənc qadınlara liderlik və gələcək karyeralarını qurmağa dəstək məqsədilə təşkil olunub. Tədbirdə işə necə başlamaq, biznes, karyera qurmağın yolları izah edilib.
Təlimdə xaricdən dəvət olunan mütəxəssislərin mühazirələri də dinlənilib.