Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının hesabat yığıncağı keçiriləcəkdir
Bakı, 13 may (AZƏRTAC). Mayın 16-da Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının hesabat iclası keçiriləcəkdir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova AZƏRTAC-a bildirmişdir ki, iclas iştirakçıları əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər.
Daha sonra QMİ-də Qafqaz Xalqları Ali Dini Şurasının hesabat iclası öz işinə başlayacaqdır. İclasda bütün Qafqazın şeyxi hacı Allahşükür Paşazadə hesabat məruzəsi ilə çıxış edəcəkdir.
Toplantıda həmçinin, elmi-dini şuranın üzvləri, eləcə də Qafqazın nüfuzlu din xadimləri, müftilər, axundlar iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2023 [17:19]
ICESCO azadlıqlar və islami dəyərlər mövzusunda konfransa ev sahibliyi edib
- 27.07.2023 [16:29]
İƏT Quranın nüsxələrinin yandırılması ilə bağlı fövqəladə iclas keçirəcək
- 21.07.2023 [16:04]