Bakıda şahmat üzrə Dünya Kubokunun final matçının üçüncü oyunu start götürüb
Bakı, 3 oktyabr, AZƏRTAC
Bakıda rusiyalı qrossmeysterlər Pyotr Svidler və Sergey Karyakinin iştirakı ilə Dünya Kubokunun final matçının üçüncü oyunu start götürüb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 3-də keçirilən mərhələ sonuncu ola bilər, çünki finalın bundan əvvəlki partiyasında Pyotr Svidler həm ağ, həm də qara fiqurlarla qalib gəlib.
Finalda reqlament üzrə FİDE-nin nəzarəti ilə 4 klassik partiya və xalların bərabər olacağı halda ənənəvi tay-breykdən ibarət matç nəzərdə tutulub.
Qeyd edək ki, həm Pyotr Svidler, həm də Sergey Karyakin Bakıda əsas məqsədlərinə çatıblar, yəni 2016-ci il martın 9-dan 28-dək keçiriləcək iddiaçıların turnirinə vəsiqə qazanıblar.
Xatırladaq ki, Pyotr Svidler 2011-ci ildə Dünya Kubokunun qalibi olub.