BAKIDA TAEKVONDO ÜZRƏ OLİMPİYA LİSENZİYA TURNİRİ BAŞLANMIŞDIR
Azərbaycan taekvondoçuları 2004-cü ildə Afinada keçiriləcək Olimpiadaya hələlik bir vəsiqə qazana bilmişlər. Rəşad Əhmədov (80 kq) Parisdə lisenziyalı dünya çempionatında üçüncü yer tutaraq, Yunanıstana vəsiqə almış ilk taekvondoçu olmuşdur. R.Əhmədov hələlik MDB məkanında bu növdə lisenziya qazanmış yeganə idmançıdır.
Olimpiadada taekvondo üzrə yarışlarda hər ölkə yalnız 4 taekvondoçu – iki kişi və iki qadın ilə təmsil oluna bilər. Artıq 28 idmançı olimpiya lisenziyası qazanmışdır. Qalanları isə qitə təsnifat yarışlarında bəxtlərini sınayacaqlar. Avropa, Asiya və Amerikanın hər birinə 24, Afrikaya isə 16 yer ayrılmışdır. Afinada ümumən 124 taekvondçu çıxış edəcəkdir.
İndiyə qədər yalnız Koreya komandası dörd lisenziya qazanmışdır. Fransa və İtaliya komandalarının hər birinin üç lisenziyası vardır. Odur ki, bu ölkələr Bakıda bir taekvondoçu ilə təmsil olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [18:50]
Bu mövsüm Çempionlar Liqasında ən çox gəlir əldə edən klub açıqlanıb
- 17.04.2025 [17:03]
“Fənərbağça”nın çalışdırıcısı Avroliqada ilin ən yaxşı baş məşqçisi seçilib
- 17.04.2025 [16:45]
Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
- 17.04.2025 [16:04]
“Mançester Siti” “Real Madrid”in qapıçısına “elçi” düşüb
- 17.04.2025 [15:44]
Azərbaycanlı voleybol hakimi: Biz dünya səviyyəli referilərdən geri qalmırıq
- 17.04.2025 [15:10]
“Liverpul” aparıcı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 17.04.2025 [14:52]