Bakıdakı Rus evində azərbaycanlı blogerin ustad dərsləri keçirilib
Bakı, 29 fevral, AZƏRTAC
Bakıdakı Rus evində bloger, SMM mütəxəssisi, Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvü İradə Qasımovanın ustad dərsləri keçirilib.
AZƏRTAC Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə bloger aktual mövzulardan – auditoriyanın sürətlə artması üçün strategiyalardan, 2024-cü ildə uğurlu bloqun sirlərindən, keyfiyyətli kontentin yaradılmasından, auditoriyanı cəlbetmədən və bloqun monetizasiyasından söhbət açıb.
Tədbir iştirakçıları təcrübə və yeni biliklər əldə ediblər.