İQTİSADİYYAT
BAKININ QAZPAYLAYICI, SUPAYLAYICI VƏ KANALİZASİYA ŞƏBƏKƏLƏRİ ÖZƏLLƏŞDİRİLƏCƏKDİR
İqtisadi İnkişaf Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu şirkətlər özəlləşdirmə ilə bağlı təkliflərini, maliyyə hesabatlarını, investorların cəlb olunması imkanlarını təhlil edərək, nəticələri nazirliyə təqdim etmişlər. Ancaq bu müəssisələrin özəlləşdirilməsi məqsədi ilə investisiya bazarının geniş təhlili aparılmalı, layihə bütün potensial investorlara təqdim edilməlidir. İşçi qrupunun bununla bağlı hazırladığı təkliflər baxılmaq üçün "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinə və Abşeron Regional Səhmdar Su Cəmiyyətinə göndərilmişdir.
Layihənin birinci komponenti qazpaylayıcı şəbəkələrin özəlləşdirilməsindən ibarətdir və dəyəri 1 milyon dollardır. Paytaxtın supaylayıcı və kanalizasiya sistemlərinin özəlləşdirilməsini özündə əks etdirən ikinci komponentin dəyəri isə 800 min dollar həcmindədir.