MƏDƏNİYYƏT
“BAKIXANOVLARLA NURLANAN EKRAN” KİTABI ÇAPDAN ÇIXMIŞDIR
Bakı, 24 aprel (AZƏRTAC). “Mütərcim” nəşriyyatında “Bakıxanovlarla nurlanan ekran” kitabı çapdan çıxmışdır. Kitabda Azərbaycan ədəbiyyatı, musiqisi və ictimai fikir tarixində əvəzsiz xidmətləri olan məşhur Bakıxanovlar nəslinin ləyaqətli nümayəndələrindən Abbasqulu ağa Qüdsi, xalq artistləri Əhməd ağa və Tofiq Bakıxanovların fəaliyyətindən söz açılır.
Yeni nəşrə müxtəlif illərdə Bakıxanovlar haqqında çəkilmiş telefilmlərdə və müxtəlif verilişlərdə səslənmiş çıxışların mətnləri daxi edilmişdir.
Abbasqulu ağa Bakıxanov nəslinin ləyaqətli davamçısı, filologiya elmləri namizədi, gənc alim-şərqşünas mərhum Nigar Tofiq qızı Bakıxanovanın əziz xatirəsinə həsr olunmuş kitabın tərtibçisi Həsən Cəbrayılov, redaktorları filologiya elmləri namizədi Gülzar İbrahimqızı, sənətşünaslıq namizədi Hökümə Əliyevadır.