BAKIYA GƏTİRİLƏN YENİ TAKSİLƏR SƏRNİŞİNLƏRƏ GÖSTƏRİLƏN XİDMƏTİN KEYFİYYƏTİNƏ MÜSBƏT TƏSİR GÖSTƏRƏCƏKDİR
“Bakı Sərnişin Nəqliyyatı” Məhdud Məsuliyyətli Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Bakıda taksi fəaliyyətinin günün tələbləri səviyyəsinə qaldırılması üçün tədbirlər davam etdirilir.
Bakıya dünyanın tanınmış şirkətlərinin istehsalı olan yeni avtomobillər gətirilir. Bu günlərdə Azərbaycan paytaxtına “Toyota” markalı yeni 32 avtomobil gətirilmişdir. Yeni avtomobillər gətirildikcə, taksi fəaliyyəti ilə məşğul olan istismara yararsız avtonəqliyyat vasitələri bu xidmətdən kənarlaşdırılacaqdır. Müsabiqə yolu ilə seçiləcək yeni taksilərin sürücüləri xüsusi tələblərə cavab verməlidir. Onlar şəhəri yaxşı tanımalı, sərnişinlərlə xidmət zamanı etik davranış qaydalarına ciddi əməl etməlidirlər. Bundan başqa, taksilərdə quraşdırılacaq sayğaclar xidmət haqqının ödənilməsi zamanı yarana biləcək narazılığın da qarşısını alacaqdır.
Taksilər sərnişinlərə ayrılmış xüsusi dayanacaqlardan xidmət göstərəcək və bunun üçün müəyyənləşdirilən 134 dayanacaqdan artıq 29-u hazırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:40]
Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ
- 11.06.2026 [12:37]