“BAKUTEL-2004” SƏRGİSİNİN BAŞ SPONSORU KATEL BİRGƏ MÜƏSSİSƏSİ YENİ TEXNOLOGİYA NÜMAYİŞ ETDİRMİŞDİR
BM-nin baş icraçı direktoru Sadiq Hümbətov AZƏRTAC-a bildirmişdir ki, KATEL respublikamızın telekommunikasiya bazarında ən müasir rəqəmli texnologiyadan istifadə etməklə simsiz telefon şəbəkəsi yaratmaq üçün lisenziya almış ilk şirkətdir. Artıq Bakı, Sumqayıt şəhərlərində və Abşeron yarımadasında KATEL-in simli və simsiz rabitə növlərindən istifadə edən 10 min 650 abunəçisi vardır. Onlara yüksək keyfiyyətli səs, faks, modem və İnternet xidməti göstərilir. Hazırda Ustarcom (ABŞ), İnnoVVaue (İsrail), Alcatel (Belçika), Cross (Rusiya) kimi tanınmış şirkətlərlə müqavilələri olan KATEL builki yubiley sərgisində yeni, daha keyfiyyətli rabitə növü olan CDMA texnologiyasının üçüncü nəsl avadanlığını nümayiş etdirmişdir. Bu, abunəçiyə evində heç bir anten quraşdırmadan, adi aparat vasitəsilə telefon və faks, eləcə də sürətli İnternet xidmətindən istifadə etmək imkanı verəcəkdir. Çinin “Huavvei” şirkətinin köməyi ilə bir il bundan əvvəl müəssisənin həyata keçirməyə başladığı CDMA texnologiyasının tətbiqinə 5 milyon ABŞ dolları vəsait xərclənmişdir.
Gələcəkdə KATEL respublikanın bütün bölgələrində xidmətlərini təklif etməyi nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.10.2026 [08:39]
Birjalarda qızılın və gümüşün qiyməti azalıb
- 04.10.2026 [08:21]
Dünya birjalarında neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]