Balakən rayonunun təsərrüfatlarında qarğıdalı yığımına başlanılıb
Balakən, 9 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Balakənli fermerlər bu il 7 min 577 hektar sahədə qarğıdalı yetişdiriblər. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 62 hektar artırılıb. Bundan əlavə, təsərrüfatçılar bu il 336 hektar sahədə dən üçün təkrar qarğıdalı da əkiblər. Artıq rayonun bəzi təsərrüfatlarında qarğıdalı yığımına da başlanılıb. İlk günlər 45 hektar sahənin məhsulu yığılıb, 135 ton dən qarğıdalı istehsal olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 30 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, hazırda təsərrüfatlarda kartof, tərəvəz və bostan bitkilərinin yığımı da davam edir. İndiyədək kartof əkilmiş 615 hektar sahənin 609 hektarında yığım başa çatıb, 5 min 898 ton məhsul tədarük olunub. Hər hektardan məhsuldarlıq 96,8 sentner təşkil edir. Eyni zamanda, tərəvəz əkilmiş 2008 hektar sahənin 1516,9 hektarının məhsulu yığılıb, 21 min 376 ton tərəvəz istehsal olunub. Məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 947 ton artıb. Torpaq mülkiyyətçiləri indiyədək 3 min 395 ton bostan bitkiləri istehsal ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]