Banklar Assosiasiyasına üzv bankların əməkdaşları üçün onlayn seminar keçirilib
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyasının (ABA) “İnsan resurslarının idarə olunması” Ekspert Qrupunun təşkilatçılığı və “Ziraat Bank Azərbaycan” ASC-nin dəstəyi ilə “Xüsusi karantin rejimindən sonra bank əməkdaşlarının işə adaptasiyası” mövzusunda ABA-ya üzv bankların əməkdaşları üçün onlayn seminar təşkil edilib.
ABA-dan AZƏRTAC-a bildirilib ki, “Ziraat Bank Türkiye”nin İnsan resursları qrupunun rəhbəri İlker Met tərəfindən keçirilən seminarda koronavirus infeksiyasının (COVID-19) yarada biləcəyi təhlükənin qarşısının alınması üçün tətbiq edilmiş xüsusi karantin rejimindən sonra bank əməkdaşlarının iş rejiminin tənzimlənməsi, uzun fasilədən sonra normal iş rejiminə qayıdan əməkdaşların işə adaptasiyası, onların ev mühitindən iş mühitinə keçidinə daha tez nail olunması, yarana biləcək psixoloji və fizioloji təsirlərin itkisiz aradan qaldırılması, diqqət və konsentrasiyanın təmin olunması ilə bağlı təqdimat vasitəsilə mühazirələr edilib, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]