“Barselona”-“Valensiya” oyununda qapılara 7 top vurulub
Bakı, 15 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 14-də İspaniya La Liqasının dördüncü turun mərkəzi qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, son çempion “Barselona” doğma meydanda “Valensiya” klubunu qəbul edib. Görüş Kataloniya təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ansu Fati, Frenki De Yonq, Gerar Pike, Luis Suaresin (2) qollarına Kevin Qameiro və Maksi Gomez cavab verib.
Beləliklə, “Barselona” cari mövsümdə ikinci qələbəsini qazanıb. Aktivində 7 xalı olan Ernesto Velverdenin yetirmələri turnir cədvəlində dördüncü pilləyə yüksəlib. “Valensiya” isə 4 xalla 15-ci yerdədir.
Xatırladaq ki, “Barselona”in əzəli rəqibi sayılan Madridin “Real” klubu bu turda "Levante"ni 3:2 hesabı ilə məğlub edib.
Tura sentyabrın 15-də beş oyunla yekun vurulacaq.