Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş infeksionist: Arxayınlaşmaq olmaz, pandemiya hələ bitməyib

Baş infeksionist: Arxayınlaşmaq olmaz, pandemiya hələ bitməyib

Bakı, 9 avqust, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) yeni infeksiyadır və ona qarşı təsirli dərman vasitəsi icad olunmayıb. Ümumiyyətlə, virus infeksiyalarına qarşı dərman vasitələrinin ərsəyə gətirilməsi üçün uzun illər lazımdır. Belə bir şəraitdə infeksiya ilə mübarizənin ən təsirli metodu məhz vaksinasiyadır. Çünki vaksin olunmuş insanlarda həmin infeksiyaya qarşı həssaslıq müəyyən qədər itir. Əgər peyvənd olunanlar həmin virusla təmasda olarlarsa, onlar ya yoluxmurlar, ya da yoluxsalar belə bu xəstəlik simptomsuz və ya yüngül keçir. Yəni peyvənd olunanlar arasında ağır halların və ölümlərin sayı çox azdır. Buna görə də vaksinasiya ən effektiv yol kimi vacibdir. Amma epidemioloji zəncirin qırılması üçün əhalinin müəyyən hissəsinin tam vaksinləşməsi lazımdır. Bu rəqəm Nazirlər Kabinetinin qəbul etdiyi Vaksinasiya Strategiyasında öz əksini tapıb. Mövcud ştamları da nəzərə alsaq, bu, əhalinin təxminən 70-80 faizini əhatə etməlidir. Yəni vətəndaşların 70-80 faizində bu xəstəliyə qarşı immunitet formalaşmalıdır. İmmunitet iki cür formalaşır: təbii və süni yollarla. Təbii yolla, yəni insan xəstəlik keçirib immunlaşır. Süni yol daha yaxşı üsuldur. Çünki xəstəlik keçirmədən həmin infeksiyaya qarşı dözümlülük əldə etmək mümkün olur.

Azərbaycanda COVID-19 əleyhinə 5 milyon dozadan çox vaksin vurulub. İki milyondan çox vətəndaş vaksinin hər iki dozasını qəbul edib. Həmin şəxslər artıq qorunmuş hesab olunurlar. Peyvəndlər 100 faiz qorumasa da, vaksinin hər iki dozasını qəbul edən şəxsdə müəyyən qoruyuculuq qabiliyyəti, immunitet formalaşır ki, o, yoluxsa belə onda xoşagəlməz nəticələr yaranmayacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, klassik ştamla müqayisədə yeni mutasiya olunmuş variantlarda peyvəndlərin gücü bir qədər aşağıdır: “Hazırda mövcud olan bütün peyvəndlər istənilən ştamdan qoruya bilir. Sadəcə olaraq fərqlər onların qoruyuculuq faizlərindədir. Yeni mutasiyalarda, o cümlədən “delta” variantında klassik ştamla müqayisədə vaksinlərin qoruyuculuğu bir qədər aşağıdır. Ona görə də çalışmalıyıq ki, insanlarda olan immunitet kifayət qədər yüksək olsun. Risk qruplarının - tibb işçiləri, yaşı 60-dan yuxarı olan vətəndaşlar və xroniki xəstəliklərdən əziyyət çəkənlərin immunitetlərini yüksək səviyyəyə qaldırmaq üçün üçüncü doza, yəni gücləndirici doza tövsiyə olunub. Baxmayaraq ki, bunun sübutlu tərəfi tam araşdırılmayıb, bir sıra ölkələr - Türkiyə, Rusiya, İsrail və digər Avropa ölkələri də üçüncü dozanı tətbiq etməyə hazırlaşırlar. Həssas qrupun yoluxma və ya xəstələnmə zamanı bu xəstəliyi daha ağır keçirmə ehtimalı çox olduğundan, o cümlədən həmin şəxslər arasında hospitalizasiya və ölüm hallarının sayını azaltmaq üçün onlara üçüncü doza tövsiyə olunur. Bu, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in birgə bəyanatında öz əksini tapıb. İkinci doza vurulduqdan 6 ay sonra həmin şəxslər üçüncü dozanı qəbul etmək üçün müraciət edə biləcəklər. Nəzərə alsaq ki, Azərbaycanda vaksinasiyaya yanvarın 18-də başlanılıb və ikinci doza fevralın 15-dən başlayaraq vurulub, deməli avqustun 15-dən etibarən 6 ay tamam olur. Vaksinasiyanın ilk günlərində peyvənd olunmuş şəxslər bu ayın 15-dən etibarən üçüncü doza üçün müraciət edə bilərlər. Bu, məcburi deyil, sadəcə olaraq bir tövsiyədir”.

Baş infeksionist son zamanlar COVID-19-a yoluxma sayında ciddi artımla bağlı əhalini qaydalara riayət etməyə və arxayınlaşmamağa səsləyib: “Bir müddət əvvəl ölkəmizdə koronavirusa yoluxma sayları ikirəqəmli ədədlərə qədər enmişdi. Nəticədə vətəndaşlarda bir qədər arxayınlıq yarandı. Təəssüf ki, əhalinin sıx toplaşma yerlərində, ictimai nəqliyyatda tövsiyə edilən qaydalara bir o qədər də ciddi əməl olunmamasını müşahidə edirik. Arxayınlaşmaq olmaz. Çünki pandemiya hələ bitməyib. Virus öz həssas insanını hər zaman tapır. Bu prosesin qırılması üçün insanlar daha diqqətli olmalıdırlar. Hər kəs öz yoluxma riskini qiymətləndirməlidir. Qapalı məkanlarda qaydalara xüsusi diqqət etmək lazımdır. Həmçinin mümkün qədər sıx toplanma yerlərindən uzaq olmaq məsləhət görülür. Əlləri yaxşı yumadan üz, ağız və göz nahiyəsinə toxunmaq olmaz. Eyni zamanda, vaksinasiyada fəal iştirak vacibdir. Çünki əhalinin vaksinasiyadan keçmə faizi artdıqca və hədəfə doğru irəlilədikcə yoluxma hallarında azalma müşahidə edə biləcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir