Baş konsul: İğdır-Naxçıvan qaz kəmərinin tikintisi yekunlaşıb
Naxçıvan, 5 dekabr, AZƏRTAC
Bildiyimiz kimi, ötən il iki ölkə başçısı tərəfindən İğdır-Naxçıvan boru xəttinin təməli atıldı. Bu il sentyabr-oktyabr aylarına qədər həmin xəttin tikintisinin yekunlaşması nəzərdə tutulurdu və vaxtında da tamamlandı. Açılış olduqdan sonra Naxçıvana təbii qaz Türkiyə üzərindən gələcək. Bu, muxtar respublikanın enerji təhlükəsizliyində böyük rol oynayacaq.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya muxtar respublikada keçirilən Dünya Türk Qəhvəsi Günü münasibətilə tədbirdən sonra jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, yaxın zamanlarda Türkiyənin önəmli banklarından olan “Ziraat” Bankı da Naxçıvanda fəaliyyətə başlayacaq. Bu da Naxçıvanda iqtisadi və ticari inkişaf baxımında önəmli addım olacaq.
Qeyd edək ki, bu gün Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun iqamətgahında Dünya Türk Qəhvəsi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə baş konsul Asip Kaya və konsul müavini Ezgi Ahmet çıxış edərək, günün əhəmiyyətindən, türk qəhvəsinin türk mədəniyyətindəki rolundan, tarixindən söhbət açıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [10:34]
Laçında daha üç su elektrik stansiyası tikilir
- 05.10.2026 [23:06]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [22:54]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:41]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:26]
Tovuzda ata oğlunu bıçaqlayıb
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]