Basketbol üzrə Avroliqanın 9 oyunundan 7-si təxirə salınıb
Bakı, 5 yanvar, AZƏRTAC
Basketbol üzrə Avroliqanın müntəzəm çempionatının 19-cu turunun yanvarın 6-da Belqradda baş tutmalı olan “Srvena Zvezda” - “Fənərbağça” oyunu təxirə salınıb.
AZƏRTAC “BasketNews”a istinadla xəbər verir ki, Serbiya klubunun rəhbərliyi 8 basketbolçu və 3 əməkdaşın (baş məşqçi Deyan Radoniç də daxil olmaqla) koronavirusa yoluxmasından sonra matçın təxirə salınmasını istəyiblər. Buna səbəb komandanın minimum heyətlə yarışa qatılmaq imkanının olmamasıdır.
Bu matç artıq Avroliqanın müntəzəm çempionatının 19-cu turunda təxirə salınan yeddinci oyun olub. Daha əvvəl də oxşar səbəbdən "Makkabi" - "Bakoniya", "ASVEL" - "Monako", "Real" - UNICS, "Alba" - "Panatinaikos", "Anadolu Efes" - "Bavariya" və "Zalgiris" - "Olimpiakos" matçları təxirə salınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
- 13.10.2026 [10:59]
Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar
- 13.10.2026 [10:49]
Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək
- 13.10.2026 [10:28]