Azərbaycan Dövlət İnformasiya Agentliyi

Basqalda arxeoloji tədqiqatlar davam edir

İsmayıllı, 3 noyabr, Adil Ağayev, AZƏRTAC

Basqal Azərbaycanda orta əsr şəhər mədəniyyəti elementlərini və ənənələrini özündə yaşadan tarixi məkanlarımızdandır. Basqalın yaxın ətrafında insanlar hələ eramızdan əvvəl V minillikdən etibarən məskunlaşaraq ənənəvi təsərrüfat sahələri ilə məşğul olublar. Eramızdan əvvəl I minilliyin sonu - bizim eranın əvvəllərində Basqalətrafı ərazilərdə xüsusilə intensiv həyat olub. Ötən əsrin 70-90-cı illərində Qırlartəpə, Qalalar və Kürdüvan ərazilərində aparılmış arxeoloji qazıntı və kəşfiyyat işləri zamanı Basqalətrafı ərazilərin tarixini özündə yaşadan olduqca zəngin maddi mədəniyyət qalıqları aşkara çıxarılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə məlumat verən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu-İsmayıllı (Basqal) arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Qafar Cəbiyev vurğulayıb ki, yüzilliklər boyu nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın çox mühüm sənətkarlıq, xüsusən də ipək, boyakarlıq və dəmirçilik məmulatları istehsalı mərkəzi olan Basqalın tarixi bu günədək lazımı səviyyədə öyrənilməyib. Lakin bu gün xüsusi minnətdarlıq hissi ilə demək olar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında” Sərəncamından sonra Basqalın nümunəvi turizm mərkəzinə çevrilməsi istiqamətində çox mühüm işlər görülməkdədir. Təbiidir ki, Basqalın orta əsr mənzərəsini canlandırmaq, zəruri bərpa və konservasiya işləri aparmaq üçün ilkin olaraq orada arxeoloji tədqiqatlar aparılmasına ehtiyac vardı. Elə bu məqsədlə də Dövlət Turizm Agentliyinin müraciəti əsasında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən sentyabr ayının üçüncü ongünlüyündən başlayaraq “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində arxeoloji tədqiqat işləri aparılmaqdadır.

Arxeoloji ekspedisiyasının rəhbəri Q.Cəbiyev qeyd edib ki, Basqalda arxeoloji tədqiqatlara ilkin olaraq qəsəbənin Qalabaşı, Bazar meydanı, hamam və məscid kompleksləri ərazisində başlanılıb. Məqsəd Basqal ərazisində yaşayışın nə zamandan başlandığını, ərazidə əhalinin məskunlaşma dinamikasını, tikinti və yaşayış qalıqlarının stratiqrafiyasını, şəhər elementlərinin tarixi inkişaf prosesində nə dərəcədə qorunduğunu, sakinlərin məişət və mədəniyyətini öyrənməkdir.

Arxeoloqlar artıq Basqalın şimal qala divarlarının bir hissəsini və Basqal hamamının kürəbənd qalıqlarını aşkara çıxararaq öyrəniblər. Sovet dönəmində klub kimi istifadə olunan, yanğına məruz qalandan sonra istifadəsiz qalan məscidin ərazisində aparılan tədqiqatlar zamanı maraqlı tapıntılar aşkarlanıb.

Ümumi sahəsi 161 kvadratmetr olan məscidin 111 kvadratmetrində artıq ilkin arxeoloji tədqiqatlar əsasən başa çatdırılıb. Nəticədə XI əsrdən etibarən bu günədək formalaşan və 3,5 metr qalınlığı olan 6 tikinti qatı qeydə alınıb. Həmin tikinti qalıqlarının da ən möhtəşəmi 2m x 2m ölçüdə olan daş sütunlar üzərində inşa edilən və 32,4 kvadratmetr sahəni əhatə edən məscid binasıdır. Yonulmuş çay daşından olan sütunların inşasında bərkidici material kimi gəc məhlulundan istifadə olunub.

Q.Cəbiyev sözünə davam edərək bildirib ki, Basqal binalarının demək olar, hamısı yonulmuş çay və ya qaya daşından istifadə edilməklə tikilib. Məscidin cənub-qərb tərəfindəki sütunun yanında kürsü aşkar olunub. Kürsünün altı bir neçə cərgədən ibarət daşla hörülərək üstü sarı torpaq və gəclə suvanıb. Maraqlıdır ki, kürsü ilə məscidin cənub-qərb sütunu arasında bişmiş kərpicdən inşa olunmuş vanna da qeydə alınıb. Görünür, həmin vanna məscidin təmiri zamanı palçıq və ya gəc məhlulu hazırlanması məqsədinə xidmət edib. Vanna içərisində böyük miqdarda daşlaşmış vəziyyətdə aşkar olunan gəc qalığı da bunu deməyə əsas verir.

Məscidin döşəməsi təmizlənərkən orada üzərində 20 sm x 20 sm x 5 sm ölçüdə olan bişmiş kərpic töküntüsü qeydə alınıb. Bu isə o deməkdir ki, məscid binasının üstü bişmiş kərpicdən ibarət minarə ilə tamamlanıb. Xatırladaq ki, məscidin eni 1,3 metrlik ilkin mehrabı, həm də eni 3 metr olan sonradan inşa edilən mehrabı da bişmiş kərpiclə inşa olunub. Bir müddət öncə ərazi təmizlənərkən oradan məscidin kitabəsi də tapılıb. Hansı ki, həmin kitabəyə əsasən Basqal məscidinin 1568-ci ildə “həqiqətlərin bürhanı Sufi-Dərvişin əmri ilə” inşa olunduğu bildirilir. Ötən əsrin 80-ci illərində məscid ərazisindən tapılan, oradakı yardımçı binanın divarına bərkidilmiş digər bir kitabədə isə Şeyx Məhəmməd və onun oğlu Şeyx Səfainin adı çəkilir. Bütün bunlar yerli sakinlərin həmin məscidi “Şeyx Məhəmməd məscidi” adlandırdıqlarından xəbər verir.

Tədqiq olunan ərazidə qeydə alınan 6 tikinti qatının hər biri orta hesabla 160 illik dövrü əhatə edir. Tikinti qatlarının əhatə etdiyi bütün tarixi dövrlərdə məscidin və digər tikililərin döşəməsi sarı torpaq və gəc qarışığından ibarət məhlulla suvanaraq hamar vəziyyətə gətirilib. Maraqlıdır ki, öyrənilən sahədə qeydə alınan tikinti qatlarının hamısı müxtəlif xarakterli və müxtəlif təyinatlı bina qalıqları ilə olduqca zəngindir. Qazıntı sahəsinin demək olar ki, bütün səmtlərində bu və ya digər dərəcədə dağıntıya məruz qalan, yaxud da ən azı bünövrəyə yaxın hissəsi nisbətən daha yaxşı mühafizə olunan tikinti qalıqlarının hamısı bir-birinin yanında və ya üstündə qeydə alınıb. Bu isə son 1000 il ərzində Basqal ərazisində həyatın nə dərəcədə intensiv olduğunun göstəricisidir.

Q.Cəbiyev qeyd edib ki, arxeoloji axtarışlar zamanı aşkara çıxan digər maddi mədəniyyət qalıqları, xüsusən də rəngarəng çeşidli keramika nümunələri də Şeyx Məhəmməd məscidinin məhz XVI əsrin ortalarında inşa olunduğunu təsdiqləyir.

Diqqəti cəlb edən məqamlardan birisi də odur ki, tədqiq olunan ərazidə Şeyx Məhəmməd məscidindən daha əvvəlki dövrlərə aid edilən digər tikinti qalıqları da aşkarlanıb. Öyrənilən ərazinin mərkəzi hissəsində yer səthindən 2,3 metr dərinlikdə, şimal-cənub istiqamətində olmaqla aşkar olunan möhtəşəm bina qalığı xüsusilə maraq doğurur. Uzunluğu 2,2 metr, salamat qalmış hissədə hündürlüyü 70 santimetr olan həmin divar qalığı səliqə ilə yonulmuş qaya daşlarından inşa edilib və daxili səthi gəc məhlulu ilə suvanıb. Aşkar olunan bina qalıqlarının abidənin stratiqrafiyası baxımından orada qeydə alınan ayrı-ayrı tikinti dövrlərinə müvafiqliyi isə orta əsrlərdə Basqal ərazisində yaşayışın kifayət qədər intensiv olduğundan xəbər verir. Təbiidir ki, ərazidə bütün dövrlərdə yaşayışın davamlı və intensiv olması, bu səbəbdən də zaman-zaman köhnəlmiş tikintilərin yeniləri ilə əvəzlənməsi nəticəsində oradakı tikililərin əksəriyyəti çox ciddi şəkildə dağıntıya məruz qalıb. Yəni, sonrakı dövrlərə aid binalar dövr etibarı ilə onlardan 50-100 il əvvələ aid olan binaların dağıntıları üzərində inşa olunub. Bu cəhətdən Basqalın XI-XV əsrlərə aid binaları daha çox dağıntıya məruz qalıb.

Ərazidə aparılan ilkin arxeoloji tədqiqatlar Basqalın həqiqətən də orta əsrlərdə Azərbaycanın çox mühüm ticarət və sənətkarlıq mərkəzlərindən biri olduğunu bir daha təsdiqləyir.

Arxeoloji axtarışlar zamanı oradan tapılan rəngarəng çeşidli keramika, dəmir, boyaq və daş məmulatı nümunələri, xüsusən də toxuculuq sənətinə aid artefaktlar Basqal ustalarının yaradıcı fantaziyasının hüdudlarının nə qədər geniş olduğundan xəbər verir.

Göründüyü kimi, Basqalda yeni başlanan və qısa müddət ərzində davam etdirilən arxeoloji tədqiqatlar yetərincə uğurlu nəticələr verib. Bu isə Prezident İlham Əliyevin Sərəncamı əsasında həyata keçirilməkdə olan Böyük Basqal layihəsinin elə tarixi baxımdan da nə dərəcədə aktual olduğunu göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır