Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

BDU-da Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib

Bakı, 2 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycan Gəncləri Günü 26 il bundan öncə Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmanla təsis edilib. Məhz Ümummilli Liderin müdrikliyi və uzaqgörənliyi sayəsində dövlətimizin gənclər siyasətinin mükəmməl qanunvericilik bazası yaradılıb, gənclərin sosial, iqtisadi, təhsil və digər problemlərinin həllinə yönəlmiş fərman və sərəncamlar, dövlət proqramları qəbul edilib. Hazırda Ulu Öndər Heydər Əliyevin ləyaqətli davamçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə gənclər siyasəti özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Gənclər hər bir dövlətdə insan kapitalının mühüm və ayrılmaz tərkib hissəsidir. 104 yaşlı Bakı Dövlət Universiteti də dövlətimizin uğurla həyata keçirdiyi gənclər siyasətinin gerçəkləşməsinə, könüllülük fəaliyyətinin genişlənməsinə öz töhfələrini verir. Ölkənin ali təhsil müəssisələri arasında ilk dəfə olaraq BDU-da Humanitar məsələlər və gənclər siyasəti şöbəsi yaradılıb. BDU-da tələbələrin elmi potensialının üzə çıxarılması istiqamətində yüksək nailiyyətlər əldə edən Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, müxtəlif tələbə gənclər təşkilatları fəaliyyət göstərir.

Elçin Babayev Zəfər salnaməsini yazan Azərbaycan gənclərinin xoşbəxt olduqlarını bildirib: “Azərbaycan gəncləri qalib ordunun əsgərləri, azad Qarabağda quruculuq işlərində çalışan fədakar insanlardır. Azərbaycan gəncləri Xankəndi-Şuşa yolunda gecə-gündüz keşikdə dayanan qeyrətli oğul və qızlarımız, dövlətimizin bircə qarış torpağı uğrunda göz qırpmadan canını fəda etməyə hazır olan insanlardır”.

Milli Məclisin üzvü, iqtisad elmləri üzrə fəlsəfə doktoru Emin Hacıyev ölkə əhalisinin 26 faizini gənclərin təşkil etdiyini və onların bütün strukturlarda fəal təmsil olunduqlarını bildirib. Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə, İnformasiya və sənəd menecmenti fakültəsinin məzunu, Vətən müharibəsi iştirakçısı Sərxan Veysəlli, Coğrafiya fakültəsinin müəllimi Eltac Cəbiyev, “BDU könüllüləri” təşkilatının sədri Nərmin Heydərova, Biologiya fakültəsinin IV kurs tələbəsi, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin üzvü Elnur İmaməliyev, Hüquq fakültəsinin I kurs tələbəsi, Prezident təqaüdçüsü Nəzrin Sadıqova çıxışlarında Azərbaycan gənclərinin müasir, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətin apardığı gənclər siyasətinin rolundan bəhs ediblər.

Tədbirdə BDU-nun 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” müsabiqəsinin qalibləri elan olunub.

Daha sonra tədris göstəricilərinə görə fərqlənən 13, BDU-nun ictimai həyatında fəal iştirak edən 25 tələbəyə təşəkkürnamələr təqdim olunub.

Tədbir BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Viktor Orban aktiv diplomatiyasını davam etdirir

Britaniyada cəzasının 40 faizini çəkmiş məhkumlar azadlığa buraxılacaq

Almaniyada silah maqnatına sui-qəsd cəhdinin qarşısı alınıb

İtaliyada orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsi qadağan ediləcək

Şalva Papuaşvili: “Gürcüstan hökuməti heç bir xarici dövlətin maraqlarına xidmət etmir”

Dövlət Komitəsində ABŞ Dövlət Departamentinin nümayəndələri ilə görüş keçirilib

Ərdoğan: Zəngəzur dəhlizinin açılması Azərbaycanla Ermənistan arasındakı sülhə töhfə verəcək

Əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası mövzusunda tədbir keçirilib

Paris Olimpiadasına akkreditasiya olunmuş media nümayəndələri ilə görüş keçirilib

Avropa çempionatı: Azərbaycan basketbol millisi Portuqaliyaya məğlub olub

Oğuzda 2 yaşlı uşaq kanalda boğulub

Fransada son 4 ilin ən kasad taxıl yığımı gözlənilir

AZƏRTAC-ın müxbiri beynəlxalq səviyyəli sertifikatla təltif olunub

Sahibə Qafarova MDB PA Şurasının iclasında iştirak edib

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstan yığmasına məğlub olub

Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi “Qarabağ” mahnısı ilə bağlı birgə məlumat yayıb

Ankarada Əhməd Cavadın xatirəsinə həsr olunan konsert keçiriləcək

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 9 iyul tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Trabzonda Azərbaycan və ŞKTC uşaq futbol komandalarının yoldaşlıq oyunu keçirilib

Tbilisidə COP29-da həsr olunmuş seminar keçirilib

Audiovizual Şura televiziya proqramlarının janr üzrə statistikasını açıqlayıb

Bu ilin altı ayında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı 5675 cinayət faktı aşkarlanıb STATİSTİKA

Sumqayıtda baş verən yol qəzasında yaralananlardan birinin vəziyyəti ağırdır

Agentlik rəsmisi: Son zamanlar Bakıda həyata keçirilən layihələr yaşıllıqların mühafizəsinə çətinliklər yaradır

Fahrettin Altun: 15 İyul təkcə dirənişin deyil, həm də dirçəlişin hekayəsidir

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mətbuat prospektində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulacaq

Vüqar Rəhimzadə: Qarşılıqlı etimad üzərində qurulan Azərbaycan-Pakistan əlaqələri yeni inkişaf dövrünü yaşayır ŞƏRH

“Ali təhsilin doktorantura (adyunktura) səviyyəsi haqqında” 1-doktorantura №-li illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Nazir: Ticarət balansında kəsir problemi Türkiyə gündəmini tərk edir

Azərbaycan nümayəndə heyəti Macarıstanın aqrar təhsil müəssisələrinin və şirkətlərinin fəaliyyəti ilə tanış olub

“Sanatoriya-kurort müəssisələrinin fəaliyyəti haqqında” 1-sanatoriya №-li illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

“Superjet 100” ekipajla birgə Kolomna yaxınlığında qəzaya uğrayıb

Əqli Mülkiyyət Agentliyi vakant vəzifələrin tutulması üçün müsahibə elan edir

Mərkəzi və Cənubi Avropanı ekstremal istilər bürüyüb

Naxçıvanda ikinci özəl tibb müəssisəsi fəaliyyətə başlayıb

BMT: Miqrasiya əhali artımının əsas hərəkətverici qüvvəsi olacaq

Mamontun pəncəsində zədələnməmiş xromosomlar aşkar olunub

“Tatneft” Bibiheybət yatağının işlənməsi layihəsində iştirak edəcək

Prezident İlham Əliyevin Pakistana dövlət səfəri bu ölkənin və dünya mediasının diqqət mərkəzindədir

Azərbaycan voleybol millisi Avropa çempionatının təsnifat mərhələsinə hazırlıqlara başlayıb

Vəsimə İsmayılqızı: “Heydər Əliyevin vətən səfərləri” çoxcildliyi Ulu Öndərin xatirəsinə bir hədiyyədir

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İmaməddin Əliyev Ağdaşda dəfn edilib VİDEO

Milli Kitabxanada “Sən qəribə adamsan” adlı kitabın təqdimatı olub

“Uşaq evləri və ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələrinin fəaliyyəti haqqında” 1-uşaq evi №-li illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Professor Şəfəq Əlibəylinin 75 illik yubileyi qeyd olunub

® “Unibank” ikinci rübün maliyyə nəticələrini açıqlayıb

BDU-nun 27 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin finalına vəsiqə qazanıb

FHN-in Sumqayıt Regional Mərkəzində şəhid və qazi övladları üçün “Açıq qapı” günü

® “Kapital Bank” bu ilin 2-ci rübü üzrə maliyyə nəticələrini elan edib

32 ildən sonra Laçının Zabux kəndində ilk uşaq bağçası açılıb

Ali təhsil sistemində rəqəmsal texnologiyaların tətbiqi məsələləri araşdırılıb

Qarşıdakı günlərdə AFFA Hakimlər Komitəsinin yeni sədri məlum olacaq

Qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərə MDU-nun xüsusi dəstəyi

Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin məzarı ziyarət edilib

“Heydər Əliyevin vətən səfərləri” çoxcildliyinin təqdimat mərasimi keçirilib

"İrəvan" klubu AFFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb

Çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi məlum olub

Zelenski: Təhlükəsizlik zəmanətləri NATO-ya üzv olmaq məqsədini əvəz etmir

Nikola Teslanın yerdənkənar sivilizasiyalara dair məktubu 40 min dollara satışa çıxarılıb

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılıb

Milli Hidrometeorologiya Xidmətindən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq

“Kəpəz” yeni qapıçı transfer edib

Altı ayda Qəbələnin hotel və mehmanxanalarında yerləşən turistlərin sayı 25 faiz artıb

UNEC-in Monpelye Universiteti ilə ikili diplom proqramından 9 tələbə məzun olub

“Falcon 9” internet peyklərini lazımı orbitə çıxara bilməyib

La-Manş boğazını keçmək istəyən 4 miqrant həlak olub

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının 53 regionda nümayəndəliyi, 4 minə yaxın üzvü var

“Paris-2024”ə lisenziya qazanan idmançı: Bu hissləri yenidən yaşamaq çox xoşdur

MSK 20 siyasi partiyanın 519 səlahiyyətli nümayəndəsini qeydə alıb

Nüfuzlu jurnalda BMU və amerikalı alimlərin əsasını qoyduğu nəzəriyyədən bəhs edilib

Məzahir Pənahov: İndiyədək 150 nəfərin deputatlığa namizədliyi təsdiqlənib

İyul döyüşlərindən 4 il ötür: artilleriya atəşinə tutulan Dondar Quşçu kəndindən REPORTAJ VİDEO

Baş Prokurorluq çimərliklərdəki ölüm hallarının qarşısının alınması ilə bağlı maarifləndirici məlumat hazırlayıb

Azərbaycan gimnastları Portuqaliyadakı turnirdə finala yüksəliblər

Ötən altı ayda törədilmiş cinayətlərin 90,7 faizi açılıb

Milli ideyamız: güclü təhsil və davamlı inkişafa doğru

MSK daha 5 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb VİDEO

Azərbaycandakı İran vətəndaşlarına keyfiyyətli hüquqi yardım göstərilir

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri var

FHN-in qurumları arasında beşnövçülük üzrə çempionatda 17 komandadan 90-a yaxın əməkdaş iştirak edib

1969-1982-ci illər Azərbaycan tarixinə intibah dövrü kimi daxil olub

Xidmət rəisi Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı sosial dəstək paketi 128 min nəfəri əhatə edib

Vaqif Sadıqov: Dünənki matçda hiss olundu ki, “Zirə” rəqabətin yüksək olduğu komandaya çevrilib

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri ilə görüş keçirilib

Altı ay ərzində 18 min 518 cinayət qeydə alınıb

® “Birbank” taksit kartı sahibləri 150 000 AZN qazana bilərlər

® ABB Göygöl filialını yeniləyib

“Oilprice” nəşri: Azərbaycandan Avropaya qaz ixracı artır

DYP sürücülərə müraciət edib

Naxçıvanda axtarışda olan 506 nəfər saxlanılaraq aidiyyətı üzrə təhvil verilib

Azərbaycanın hərbi mütəxəssisləri Qazaxıstanda kibertəhlükəsizlik kursunda olublar

Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerji sahəsində saziş hazırlayır