BELARUSDA NADİR CƏRRAHİYYƏ ƏMƏLİYYATLARI APARILIR
AZƏRTAC-ın xüsusi müxbiri Belarus Teleqraf Agentliyinə istinadla xəbər verir ki, bu ölkədə qara ciyərin köçürülməsi üzrə 4 cərrahiyyə əməliyyatı aparılmışdır.
Belarus Səhiyyə Nazirliyi ixtisaslaşdırılmış yüksək texnoloji tibbi yardımın daha da inkişaf etdirilməsinə və dünya təcrübəsində əhəmiyyətli yer tutan mütərəqqi üsulların tətbiq edilməsinə yönəlmiş bir sıra tədbirlər görmüşdür.
Belə ki, bu il iyulun 10-11-də ölkədə ilk dəfə baş-beyin damarlarının patologiyasından əziyyət çəkən xəstələrə endovaskulyar əməliyyat müdaxilələri aparılmışdır.
İyulun 14-dən 18-dək respublika elmi-praktiki nevrologiya və neyrocərrahiyyə mərkəzinin neyrocərrahiyyə şöbəsi bazasında türkiyəli professor İslekelin iştirakı ilə Belarus səhiyyəsi tarixində ilk dəfə çox mürəkkəb nevroloji patologiyaları olan pasiyentlər üzərində stereotaksik əməliyyatları aparılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]