BƏLƏDİYYƏLƏRƏ ƏLAVƏ SƏLAHİYYƏTLƏRİN VERİLMƏSİMEXANİZMİ QANUNLA TƏNZİMLƏNƏCƏK
Sənəddə bildirilir ki, bu qanunla bələdiyyələrə, dövlət mülkiyyətində olan obyektlərin idarə olunması, yaşayış fondu, qeyri-yaşayış binaları, kommunal xidməti obyektlərin istismarı, ictimai nəqliyyatın və təsərrüfat yollarının, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və digər səlahiyyətlər müqavilə, icarə, alqı-satqı yolu ilə verilə bilər.
Sonra Azərbaycan Respublikasının Goranboy, Kürdəmir və Şəmkir rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılmışdır.
Komissiya üzvləri, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndələri, eləcə də Bakı və ətraf rayonların bələdiyyə sədrləri və üzvləri qanun layihəsi ilə bağlı təkliflərini bildirdikdən sonra sənədlər Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.