Belqradda “Açıq Balkan” təşəbbüsü üzrə görüş təşkil edilib
Belqrad, 5 noyabr, AZƏRTAC
Serbiyanın paytaxtı Belqradda “Açıq Balkan” təşəbbüsü çərçivəsində növbəti toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç, Albaniyanın Baş naziri Edi Rama və Şimali Makedoniyanın Baş nazirinin müavini Nikola Dimitrovun iştirak etdiyi toplantıda təşəbbüsə qoşulmayan Bosniya və Herseqovina, Kosovo və Monteneqro yenidən “Açıq Balkan” layihəsində iştiraka dəvət olunub.
Serbiya Prezidenti görüşdən sonra keçirilən mətbuat konfransında təşəbbüs çərçivəsində razılaşdırılmış məsələlərin həyata keçirilməsi üçün şuranın yaradılması barədə qərar qəbul etdiklərini açıqlayıb.
Qeyd edək ki, 2019-cu il oktyabrın 10-da Serbiya, Albaniya və Şimali Makedoniya tərəfindən irəli sürülən və “Kiçik Şengen” adı verilən “Açıq Balkan” təşəbbüsü hər üç ölkə arasında insanların, məhsulların və investisiyaların asan mübadiləsini nəzərdə tutur.
Avropa İttifaqı və ABŞ-ın dəstəklədiyi təşəbbüs çərçivəsində 2023-cü il yanvarın 1-dən etibarən bu üç ölkə arasında sərhəd-keçid məntəqələrinin ləğv edilməsi planlaşdırılır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
- 13.06.2026 [11:37]
ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb
- 13.06.2026 [08:50]
ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır
- 13.06.2026 [07:44]
Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]