Benefisiarlar hüquqları barədə məlumatlandırılıblar
Bakı, 17 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin O. Mirzəyev adına 5 saylı uşaq evi sosial xidmət müəssisəsində benefisiarlar üçün “İnsan hüquqlarının qorunması və təbliği” mövzusunda maarifləndirici tədbir keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, interaktiv müzakirələr şəraitində keçən tədbir uşaqların mövzuya marağının artırılmasına və hüquqları barədə daha ətraflı məlumat əldə etmələrinə töhfə vermək məqsədi daşıyıb.
Tədbir zamanı iştirakçılara insan hüquqlarının mahiyyəti, onların qorunması mexanizmləri və cəmiyyətdə hüquq mədəniyyətinin formalaşdırılmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda, uşaqlarla “Uşaq hüquqları” mövzusunda fikir mübadiləsi aparılıb, öz hüquqları ilə bağlı düşüncələri dinlənilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [18:26]
Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb
- 17.06.2026 [17:09]