Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə təyyarə qəzası qurbanlarının xatirəsi anılıb
Rotterdam, 29 dekabr, AZƏRTAC
Rotterdamda “Azərbaycan Hava Yolları”nın Bakı–Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzasında həyatını itirənlərin xatirəsi dərin hüznlə və ehtiramla yad edilib.
AZƏRTAC xəbər verir ki, Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə keçirilən anım tədbirində həyatını itirənlərin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib.
Tədbir iştirakçıları bu qəzanın obyektiv şəkildə araşdırılmasını və günahkar olan şəxslərin qısa bir zamanda cəzalandırılmasına ümid etdiklərini bildiriblər.
BAK adından həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib. Yaralananların tezliklə sağalması arzulanıb.