BƏRDƏDƏ 9 MAY - QƏLƏBƏ GÜNÜ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bərdə şəhərində 9 may - Qələbə gününün 63-cü ildünümü geniş qeyd olunmuşdur.
Tədbir şəhərin mərkəzindəki abidə-parkda keçirilmişdir. İştirakşılar burada ana heykəli önünə gül-çiçək qoymuş, Döyüş şöhrəti muzeyinə baxmışlar.
Rayon icra hakimiyyətinin başçısı İlham Ağayev müharibə veteranlarını Qələbə bayramı münasibətilə təbrik etmişdir.
Tədbirdə çıxış edənlər II Dünya müharibəsi, azərbaycanlıların müharibədə iştirakı və faşizm üzərində qələbənin qazanılmasında rolu barədə danışmışlar.
Rəsmi hissədən sonra müharibə veteranlarına hədiyyələr verilmişdir. Tədbir bayram konserti ilə sona çatmışdır.