Bərdədə oğurluq edən şəxslər saxlanılıblar
Bakı, 15 noyabr, AZƏRTAC
Bərdə Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini Arabaçılar kəndində özünə məxsus fərdi evdən oğurluq edilməsi barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakinləri Şəhriyar Şahmalızadə və Tural Vəliyev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onların 3100 manat məbləğində pul və qızıl-zinət əşyaları oğurladıqları aşkarlanıb. Ş.Şahmalızadənin ətrafında aparılan tədbirlərlə kənd ərazisində yerləşən daha bir evdən də mətbəx əşyaları oğurladığı müəyyən olunub.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.