Bərdədə tullantıların qalaqlandığı ərazilərə əlavə konteynerlərin yerləşdirilməsi üçün məcburi göstəriş verilib
Bakı, 18 avqust, AZƏRTAC
Bərdə şəhərində məişət tullantılarının qalaqlanması barədə daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Xidmət rəsmisi Ramal Bağırov AZƏRTAC-a bildirib ki, şəhərin müxtəlif ərazilərinə keçirilən baxış zamanı konteynerlərin az olması səbəbindən tullantıların pərakəndə şəkildə atılaraq qalaqlandığı müəyyən edilib. Həmin ərazilər Bərdə Kommunal Müəssisələri Kombinatının əməkdaşları tərəfindən təmizlənib.
R.Bağırov onu da qeyd edib ki, gələcəkdə belə hallara yol verilməməsi və şəhər ərazisinə əlavə konteynerlərin yerləşdirilməsi məqsədilə Bərdə Kommunal Müəssisələri Kombinatına məcburi göstəriş verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 16.06.2026 [14:54]
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
- 16.06.2026 [12:54]
Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq
- 16.06.2026 [10:14]