CƏMİYYƏT
Bərdəlilər Aşura günündə keçirilən qanvermə aksiyasında fəal iştirak etmişlər
![Bərdəlilər Aşura günündə keçirilən qanvermə aksiyasında fəal iştirak etmişlər](/files/2013/3/1200x630/14071451285850721096_1200x630.jpg)
Bərdə, 14 noyabr (AZƏRTAC). Noyabrın 14-də ölkəmizin bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da Aşura günü ilə bağlı mərasimlər keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, səhər saatlarından Bərdə şəhərində İmamzadə ziyarətgahına gələnlər Kərbəla şəhidlərinin xatirəsini yad etmiş, burada təşkil olunan könüllü qanvermə aksiyasında fəal iştirak etmişlər. Humanitar aksiya zamanı 220-dən çox könüllü qan vermişdir.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Qan Bankının Bərdə bölməsinin əməkdaşları tərəfindən toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin digər xəstəliklərin müalicəsində istifadə olunacaqdır.