Azərbaycan Dövlət İnformasiya Agentliyi

BERLİNDƏ DÜNYA AZƏRBAYCAN VƏ TÜRK DİASPOR TƏŞKİLATLARI ƏLAQƏLƏNDİRMƏ ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, martın 27-də Almaniyanın paytaxtı Berlin şəhərində Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Əlaqələndirmə Şurasının iclası keçirilmişdir.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, əlaqələndirmə şurasının bu iclası Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin 2007-ci il martın 9-da Bakıda keçirilmiş I Forumunda qəbul olunmuş Bakı Bəyannaməsinə uyğun olaraq təşkil edilmişdir.

İclasda “Türkdilli dövlətlər arasında münasibətlərin inkişafında diasporların rolu” mövzusunda məruzə ilə çıxış edən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirmişdir ki, bu tədbirdə müzakirə edilən məsələlər müasir dövrdə Azərbaycan və Türk diaspor təşkilatlarının qarşısında duran ən mühüm vəzifələrə həsr edilib. Bu vəzifələrin uğurla yerinə yetirilməsi bizim xalqlarımızın rifahı və təhlükəsizliyi, gələcək nəsillərimizin daha firavan həyatının təmin edilməsi baxımından olduqca vacibdir. N.İbrahimov demişdir ki, türkdilli xalqlar, bu yüksək ideallara çatmağın formulunu artıq özü üçün müəyyənləşdirib: Türk dünyasının birliyi. Yalnız birliyimiz bizi üz-üzə qaldığımız problemlərin əhatəsindən çıxara, məruz qaldığımız haqsızlıqları aradan qaldırmağa, dünyada öz layiqli yerimizi tutmağa, beynəlxalq münasibətlər sistemində söz sahibi olmağa imkan verə bilər.

Dövlət Komitəsinin sədri əlavə edib ki, Azərbaycan və türk diasporlarının yüksələn xətlə inkişaf etməkdə olan əməkdaşlığı türkdilli ölkələr arasında münasibətlərin inkişafına öz müsbət töhfələrini verməkdədir. Bu gün Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması istiqamətində ilk addımlar atılmaqdadır, türkdilli ölkələrin dövlət və hökumət başçılarının Zirvə Toplantıları Katibliyinin yaradılması məsələsinin gündəmə gəlməsi Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlığın ölkələrimizin münasibətlərinin inkişafına verdiyi töhfələrdəndir.

Nazim İbrahimov daha sonra bildirmişdir ki, indi türk dünyasının qarşısında torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi, Şimali Kiprin beynəlxalq təcriddən çıxarılması, İraq türkmənlərinin hüquq və azadlıqlarının bərpası, Ahıska türklərinin öz tarixi Vətəninə qayıdışı və digər taleyüklü problemlər dayanır. Bu problemlər barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında, onların həllinə nail olmaq üçün beynəlxalq aləmdə yeni etibarlı tərəfdaşların tapılmasında diasporlar da önəmli rol oynaya bilərlər.

Dövlət Komitəsinin sədri vurğulamışdır ki, diaspor təşkilatlarımız yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etməlidirlər. Bu, Azərbaycanın, Türkiyənin və digər türkdilli ölkələrin problemlərini həmin ölkələrin gündəminə çıxarmaq baxımından vacibdir.

Nazim İbrahimov qeyd etmişdir ki, bizim diasporlarımız eyni zamanda ölkələrimizin iqtisadi inkişafına da töhfə vermək imkanına malikdirlər və bu imkanlardan istifadə etməyin səmərəli yollarını tapmalı, onu həyata keçirməyi bacarmalıyıq. Bizim qarşımızda ölkələrimizin iqtisadiyyatına yeni sərmayələrin cəlb edilməsi, yeni iqtisadi tərəfdaşlarla əlaqələrin qurulması və möhkəmləndirilməsi, biznes fəaliyyəti ilə məşğul olan soydaşlarımız arasında əməkdaşlıq münasibətlərinin yaradılması üçün öz potensialımızı maksimum dərəcədə səfərbər etmək vəzifəsi dayanır.

Dövlət Komitəsinin sədri çıxışını belə tamamlamışdır: “Xalqlarımızın rifahı, regionda sülhün və sabitliyin qorunub saxlanılması naminə biz bütün sahələrdə öz qüvvələrimizi birləşdirməliyik. Türkdilli ölkələr regionda və dünyada yaşayan xalqlarla iqtisadi, siyasi, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsini dövlətlərimizin prioritet məqsədləri kimi qiymətləndirir və bu məqsdələrə daha tez çatmaq üçün diasporların dəstəyinə ehtiyac vardır”.

Daha sonra iclasda çıxış edən Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, diaspor üzvlərinin yaşadıqları ölkələrdə bütün sahələrdə fəallıq göstərmələri ən vacib məsələdir. Bununla onlar müsbət mənada ciddi amilə çevrilə bilərlər. Diaspor təşkilatları dövlət tədbirləri də daxil olmaqla bütün ictimai-siyasi, humanitar tədbirlərdə iştirak etməklə özlərini tanıdır və əhəmiyyətlərini artırmış olurlar.

Əli Həsənov qeyd etmişdir ki, diaspor qurumlarımız yaşadıqları ölkələrdə bələdiyyələrdən başlayaraq parlament və prezident səviyyəsində tanınmaq, müxtəlif proseslərdə öz təkliflərini verməklə israrlı şəkildə dövlətlə işləməlidirlər.

Bununla yanaşı diasporun yaşadıqları ölkələrdə ictimai təşkilatlar, siyasi partiyalar, QHT-lər, mədəniyyət mərkəzləri və digər milli-dini icmalarla müasir dünyanın tələb etdiyi səviyyədə əməkdaşlığını vacib sayan Əli Həsənov demişdir ki, bu fəaliyyətin vahid əlaqələndirmə strategiyası olmalıdır. Bu, müxtəlif xalqlara Azərbaycan həqiqətlərini çatdırmağın və onları inandırmağın ən faydalı metodudur. Azərbaycan tarixində baş vermiş faciələri, ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün yeni forma və metodlar tapılmalıdır. Çünki biz ancaq 20 Yanvar, Xocalı və 31 Mart soyqırımlarına həsr olunmuş tədbirlər təşkil etsək, bu tədbirlərə qatılanların sayı az olacaq və hadisələrin əsl mahiyyətini çatdırmaq imkanları məhdudlaşacaqdır, həmçinin tədbirlərə gələnlər buna təbliğat kimi baxacaqlar.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov isə bu iclasın Almaniyada Azərbaycan ilinin açılışı ilə eyni günə düşməsinin önəmini diqqətə çatdırmışdır. Səfir bildirmişdir ki, iki tədbirin eyni vaxta təsadüf etməsi dünyanın müxtəlif ölkələrindən gələn Azərbaycan və türk diasporu üzvlərinə Azərbaycan mədəniyyətinin klassik və zəngin nümunələri ilə tanış olmaq imkanı verir.

“Azərbaycan və türk diaspor təşkilatlarının qarşılıqlı əlaqələrinin inkişafı və perspektivləri” mövzusunda çıxış edən AMEA-nın prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası idarə heyətinin sədri Mahmud Kərimov bildirmişdir ki, dünyadakı erməni diasporunun apardığı təbliğatın, uydurma erməni soyqırımı iddialarının qarşısını almaq və Azərbaycan, eləcə də Türkiyə həqiqətlərini beynəlxalq aləmə yaymaq məqsədi ilə yeni təbliğat üsullarından istifadə etməyə ehtiyac vardır. Ortaq türk dilinin yaradılmasını da aktual sayan Mahmud Kərimov demişdir ki, bu, inteqrasiya prosesini sürətləndirər və verilişləri bütün türkdilli dövlətlərin ərazisində yayımlana bilən ümumtürk televiziyasının təşkilinə zəmin olar.

Milli Məclisin deputatı Qənirə Paşayeva “Ortaq problemlərimizin həllində diasporların rolu” mövzusunda çıxış edərək demişdir ki, Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinin daha səmərəli nəticələr verməsi üçün bütün diaspor üzvləri ortaq problemlərimizi bilməlidirlər. Deputat təklif etmişdir ki, ortaq problemlərdən bəhs edən kitab hazırlanmalı, müxtəlif dillərə tərcümə edilməli və diaspor təşkilatlarına paylanmalıdır. Bu məqsədlə internet saytları vasitəsilə təbliğata da diqqət yetirilməlidir. Q.Paşayeva ortaq problemlərdən danışarkən Ahıska türklərinə, İraq türkmənlərinə, Şimali Kipr türklərinə dəstəyi də önəmli adlandırmışdır.

Amerika Türk Assosiasiyaları Assambleyasının prezidenti Nurtan Ural ABŞ-dakı Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinin erməni diasporunu təlaşa salması barədə fikirlərini açıqlamış və demişdir ki, Azərbaycan və türk diasporu birgə fəaliyyət sayəsində Amerika Birləşmiş Ştatlarında real gücə çevrilməkdədir.

Bu mövzunu davam etdirən Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası idarə heyəti sədrinin müavini, Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Tomris Azəri də Azərbaycan və türk diasporunun birgə fəaliyyətinin bugünkü nəticələrindən ermənilərin narahat olmasına dair faktları misal gətirmişdir. O həmçinin bildirmişdir ki, bu əməkdaşlıq nəticəsində ABŞ Konqresində həm Azərbaycan, həm də Türkiyə dostluq qruplarının sıraları genişlənir. Tomris Azəri ötən il yaradılan “US Azeri’s Network” şəbəkəsinin əhəmiyyətindən danışaraq bildirmişdir ki, bu şəbəkə vasitəsilə diaspor üzvləri bütün zəruri sənədlərdən, tədbirlərdən dərhal xəbər tutur, eləcə də səslərini ABŞ qanunvericilərinə əvvəlkindən daha tez çatdıra bilirlər.

Ortaq türk televiziyasının yaradılması barədə danışan Milli Məclisin deputatı Nizami Cəfərov demişdir ki, Azərbaycan və türk diaspor təşkilatlarının fəaliyyəti üçün elə bir əlaqələndirmə sistemi tələb edilir ki, o bizi bir araya gətirə bilsin. Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması barədə təşəbbüslər, türk dövlət və hökumət başçılarının zirvə görüşləri, diaspor qurumlarının toplantıları, Azərbaycan və türk diaspor təşkilatlarının əlaqələndirmə şurasının təsis edilməsi bizim bu birliyə doğru getməkdə olduğumuzu təsdiqləyir. Lakin bu birliyin ideoloji əsaslarının yaradılması üçün ortaq türk televiziyasının yaradılmasına ehtiyac vardır. Bundan ötrü bütün türk dünyasının, türkdilli xalqların və ölkələrin maraq dairəsi üçün cəlbedici olan informasiya-məlumat sistemi yaradılmalıdır. Deputat mövcud təkliflərdən danışaraq demişdir ki, bu televiziya türkdilli ölkələrin büdcəsi hesabına maliyyələşdirilməlidir. Onun mərkəzinin İstanbul şəhərində olması, ancaq türkdilli ölkələrin hamısında nümayəndəliyinin təşkili məqsədəuyğun olardı. Bu TV gəlir gətirmək üçün yox, milli-mənəvi dəyərləri, birlik ideyalarını təbliğ etmək məqsədinə xidmət etməlidir.

TV-nin ortaq dilinə gəlincə, Nizami Cəfərov hesab edir ki, Özbəkistanda 25 alim bu istiqamətdə çalışmış, lakin konkret nəticəyə nail ola bilməmişdir. Bu gün üçün Türkiyə türkcəsi ortaq dil kimi müəyyən səviyyədə işlədilir. Lakin bu dilin təkmilləşməsinə, ortaq dil kimi, bütün türk xalqlarının qəbul etdiyi, anlaya biləcəyi səviyyəyə gətirilməsinə ehtiyac vardır.

Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımlı Niderlandda ikinci Bazar Günü məktəbinin açılmasına, eləcə də Azərbaycan dilində radionun yaradılmasına hazırlıq görüldüyünü bildirmişdir. Azərbaycan həqiqətlərinin dünyaya yaymaqda vasitə kimi istifadə ediləcək bu radioda müəyyən saatlarda ingilis, holland və digər dillərdə də verilişlər olacaqdır.

Toplantıda Azərbaycan və türk diasporları arasında əməkdaşlığın inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələrin müəyyən edilməsi, xalqlarımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının yeni metod və texnologiyaları barədə müzakirələr aparılmış, təkliflər səslənmişdir.

İclasda qərara alınmışdır ki, Dünya Azərbaycan və Türk Diaspor Təşkilatlarının Əlaqələndirmə Şurasının 9 nəfərdən ibarət idarə heyəti yaradılsın. Eyni zamanda şuranın katibliyi yaradılacaq və bu struktur Avropa dövlətlərinin birində yerləşəcəkdir.

Dünya Azərbaycan və Türk Diaspor Təşkilatlarının Əlaqələndirmə Şurasının üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Abdullah Gülə müraciət qəbul etmişlər.

Müraciətdə deyilir ki, Azərbaycan və Türk Diaspor Təşkilatlarının Əlaqələndirmə Şurası xalqlarımızın qarşısında duran taleyüklü vəzifələrin tarixi məsuliyyətini dərindən dərk edərək, dünyanın müxtəlif ölkələrində məskunlaşmış milyonlarla azərbaycanlı və türk qardaşlarımızı türk dünyasının ümumi mənafeləri naminə birləşdirmək missiyasını bundan sonra da ləyaqətlə yerinə yetirməyə çalışacaqdır. Azərbaycan və Türkiyə Prezidentlərinin, onların şəxsində iki dövlətin davamlı dəstəyi, diqqət və qayğısı, türk xalqlarının birliyi naminə atdığı müdrik addımlar bu şərəfli missiyanı müvəffəqiyyətlə həyata keçirməyimizə zəmin yaradır.

İclasda Berlin Bəyannaməsi qəbul olunmuşdur. Bəyannamədə deyilir ki, Əlaqələndirmə Şurası Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında irəli sürülmüş Azərbaycan və Türkiyə Parlamentlərarası Assambleyasının yaradılması təşəbbüsünü alqışlayır, türkdilli ölkələrin dövlət başçılarının Zirvə toplantılarının Katibliyinin yaradılması ideyasını dəstəkləyir və onun həyata keçirilməsi üçün türkdilli ölkələrin hökumətlərini müvafiq addımlar atmağa çağırır.

Sənəddə daha sonra bildirilir ki, türkdilli xalqların ortaq televiziyasının yaradılması barədə Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının qərarını dəstəkləyir, Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında türk dünyasının birliyi haqqında bəyanatını yüksək qiymətləndirir, 2008-ci ilin fevralında Almaniyanın Münxen şəhərində keçirilmiş 44-cü Təhlükəsizlik Konfransında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindən öz hərbi qüvvələrini qeyd-şərtsiz çıxarması barədə bəyanatını təqdir edir.

Azərbaycan və türk diaspor təşkilatlarının fəaliyyətlərini daha intensiv və səmərəli şəkildə əlaqələndirməyi nəzərdə tutan Bəyannamə 2008-ci ilin fevralında Almaniyada yaşayan 9 nəfər türkün ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən yanğınları bəzi qüvvələr tərəfindən alman və türk xalqları arasındakı dostluq münasibətlərini pozmağa yönəlmiş cəhdlər kimi qiymətləndirir, bunu qəti şəkildə pisləyir, hüquq mühafizə orqanlarının cinayətkarların cəzalandırılması üçün müvafiq addımlar atacağına inamını ifadə edir.

Bu Bəyannaməyə görə, Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Əlaqələndirmə Şurası Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktının beynəlxalq birliyə çatdırılması üçün türkdilli xalqların diaspor təşkilatları tərəfindən daha qətiyyətli, ardıcıl, müasir təbliğat texnologiyaları əsasında tədbirlər görülməsini vacib hesab edir, 1915-ci il hadisələri ilə bağlı erməni soyqırımı iddialarının ifşası istiqamətində Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinin genişləndirilməsini zəruri sayır, bu il ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar Azərbaycan və türk icmalarının ictimai-siyasi proseslərdə fəal iştirakının təmin edilməsi üçün bu ölkədəki diaspor təşkilatlarının fəaliyyətlərini daha yüksək səviyyədə əlaqələndiriləcəyinə əminliyini bildirir və bununla əlaqədar aşağıdakı tədbirlərin görülməsini məqsədəuyğun hesab edir.

Əlaqələndirmə Şurası erməni diasporu və lobbisinin ABŞ-da keçirilən prezident seçkiləri ilə əlaqədar fəaliyyətini genişləndirməsini, ayrı-ayrı namizədlərə «erməni soyqırımı» iddialarını qəbul etməklə bağlı təsir göstərmək cəhdlərini nəzərə alaraq, azərbaycanlı və türk icmalarının seçkilərlə əlaqədar fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə ABŞ-da fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələrindən ibarət işçi qrupunun yaradılmasını tövsiyə edir. İşçi qrupu aprel ayı ərzində seçkilərlə əlaqədar ABŞ-dakı Azərbaycan və türk, habelə digər türkdilli xalqların diaspor təşkilatlarının birgə fəaliyyətinin taktika və strategiyasını müəyyən edən müvafiq sənəd hazırlayaraq, bütün icmalara təqdim etməlidir. Hazırlanmış sənəd əsasında ABŞ-dakı türkdilli xalqların diasporlarının hansı namizədi dəstəkləyəcəyinə dair birgə qərar qəbul olunacaqdır. Həmin qərar barədə prezidentliyə namizədə məlumat veriləcək və icmaların namizədin seçki kampaniyasında fəal iştirakı istiqamətində tədbirlər görüləcəkdir.

Bunlarla yanaşı sənəddə nəzərdə tutulmuşdur ki, Azərbaycan və Türkiyə həqiqətlərinin təbliği ilə bağlı Əlaqələndirmə Şurasına üzv təşkilatların təklifləri əsasında müvafiq strategiya müəyyənləşdirilsin, II Foruma qədər «Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası»na uyğun olaraq xarici ölkələrdə yaşayan azərbaycanlı və türk iş adamlarının birgə forumu keçirilsin və Məşvərət Şurasının yaradılması təmin edilsin, Avropanın mərkəzi şəhərlərindən birində türkdilli xalqların tarixi və mədəniyyətini nümayiş etdirən muzeyin yaradılması barədə Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında qəbul olunmuş qərarın həyata keçirilməsi istiqamətində Azərbaycan və türk icmalarının fəaliyyəti səfərbər edilsin, İraq türkmənlərinin hüquqlarının müdafiəsi, Ahıska türklərinin repatriasiyası sahəsində problemlərin həlli məsələlərinə beynəlxalq ictimaiyyətin diqqətinin cəlb olunması ilə bağlı «Birgə fəaliyyət strategiyası»ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün tədbirlər həyata keçirilsin.

Dünya Azərbaycan və Türk Diaspor Təşkilatlarının Əlaqələndirmə Şurasının iclasında 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törədilmiş soyqırımın 90 illiyi ilə əlaqədar Bəyanat da qəbul olunmuşdur.

Bəyanatda Əlaqələndirmə Şurası bir daha beynəlxalq ictimaiyyətə müraciət edərək, erməni millətçilərinin türk xalqlarına, xüsusilə də azərbaycanlılara qarşı törətdikləri terror və soyqırımı aktlarını pisləməyə çağırır, beynəlxalq təşkilatları, dünya ölkələrini hadisələrə obyektiv qiymət verməyə dəvət edir. Əlaqələndirmə Şurası əmin olduğunu bildirir ki, dünya birliyi regionda sülhə və təhlükəsizliyə ciddi təhdidlər yaradan təcavüzkar Ermənistanı öz işğalçılıq, terror və soyqırımı siyasətinə son qoyması üçün zəruri addımlar atacaq, bununla da regionda sabitliyin bərqərar edilməsinə öz töhfəsini verəcəkdir.

Daha sonra 2007-cı ilin yekunları üzrə «Qobustan» Beynəlxalq mükafatının təqdimat mərasimi olmuşdur. Amerika Türk Assosiasiyaları Assambleyasının prezidenti Nurten Ural, Avstraliyadakı «Azərbaycanın səsi» radiosu, Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Tomris Azəri, Norveç Türkdilli Ölkələrin Tarixini Araşdırmalar İnstitutunun direktoru Sefa Martin Yürükel bu mükafata layiq görülmüşlər. Təltif olunan qurumlar arasında Azərbaycanın Almaniyadakı səfirliyi, Hollandiya Türk-Azərbaycan Kültür Dərnəyi, Avropa Azərbaycanlıları Konqresi, İraq Türkmən Cəbhəsinin Avropa Birliyi Təmsilçiliyi, Ahıska Türk Dərnəkləri Federasiyas və Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzi də vardır.

Sonda Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə hazırlanan “Sarı Gəlin” kompakt diskinin təqdimatı olmuşdur.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

Premyer Liqada daha bir oyun reallaşıb

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

Almaniyada planer avtomagistrala düşüb, bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb

AZƏRTAC komandasının WUF13 zamanı fəaliyyəti VİDEO

AZƏRTAC komandasının WUF13 zamanı fəaliyyəti VİDEO

Tramp həftəsonu İranla müharibəni davam etdirib-etdirməyəcəyinə qərar verəcək

Bu saata olan əsas xəbərlər

Pakistan ABŞ-İran sülh sazişi üzrə anlaşmada müəyyən irəliləyiş olduğunu bildirib

Sankt-Peterburqda Azərbaycan dövlətçiliyinin 108 illik tarixi qeyd olunub

ABŞ hərbi komandanlığı İran limanlarına daxil olan və çıxan 100 ticarət gəmisinin istiqamətinin dəyişdirildiyini açıqlayıb

Türkiyənin Qars şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir

Media: Azərbaycan WUF13 platformasında dünyaya şəhərlərin inkişafına dair öz vizyonunu nümayiş etdirib

“Təbiətin fırça izi” sərgisi - gənc yaradıcılığın yeni təqdimatı

Fərid Quliyev: WUF13 çərçivəsində təşkil olunan konsertdə Azərbaycan musiqisinin zənginliyi təqdim edilib

Azərbaycan ilk dəfə “Microsoft” üzrə dünya çempionatına qatılacaq VİDEO

Azərbaycan ilk dəfə “Microsoft” üzrə dünya çempionatına qatılacaq VİDEO

Sudanın Qərbi Kordofan vilayətində vəba yayılır, onlarla insan həyatını itirib

Hakimlər Komitəsinin sədri: Şamaxıda güləşin zəngin ənənələri var VİDEO

Hakimlər Komitəsinin sədri: Şamaxıda güləşin zəngin ənənələri var VİDEO

Aysel Gülməmmədova: WUF13 yeni beynəlxalq əməkdaşlıqlar üçün imkan yaratdı VİDEO

Aysel Gülməmmədova: WUF13 yeni beynəlxalq əməkdaşlıqlar üçün imkan yaratdı VİDEO

“Qarabağ” 3 futbolçu ilə yollarını ayırıb

Ukrayna ordusunun Baş qərargahı Novorossiyskə hücumun detallarını açıqlayıb

Azərbaycan diasporu Dublində ilk dəfə geniş icma toplantısında bir araya gəlib

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə qalib gəlib

Futbol üzrə dünya çempionatının final biletləri 30 min dollara qədər yüksəlib

Braziliyada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konsert proqramı baş tutub

Azərbaycan Hərb Tarixi Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Səudiyyə Ərəbistanı milyon yarımdan çox zəvvarın təhlükəsizliyi və rahatlığı ilə bağlı görülən tədbirləri açıqlayıb

Lənkəranda idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb VİDEO

Lənkəranda idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb VİDEO

WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə töhfə verdi – Fəxriyyə Xələfova VİDEO

WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə töhfə verdi – Fəxriyyə Xələfova VİDEO

Ekvadorlu tədqiqatçı: Azərbaycanın “ağıllı şəhər” təcrübələrinin Latın Amerikasında tanıdılmasında maraqlıyıq

Qətər: Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə böhranı dərinləşdirə bilər

UZA xəbər agentliyi: Özbəkistan və Azərbaycan investisiyaların cəlb edilməsi üzrə yeni mərkəz yaradır

Yekaterinburqda Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar

AzTU ilə Qazaxıstan universitetləri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib

Qlobal şəhərsalma gündəliyi Bakıda formalaşdı- ŞƏRH

Milli Kitabxananın 103 illiyinə həsr olunan sərgi açılıb

Abşeronun Masazır qəsəbəsində baş verən yol qəzasında bir nəfər xilas edilib VİDEO

Abşeronun Masazır qəsəbəsində baş verən yol qəzasında bir nəfər xilas edilib VİDEO

Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil əməkdaşlığı müzakirə edilib

Zelenski: Ukrayna Rusiyanın hərbi müəssisəsinə zərbə endirib

Azərbaycan və Böyük Britaniya ali təhsildə əməkdaşlığı genişləndirir

VI “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı iki gün davam edəcək VİDEO

VI “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı iki gün davam edəcək VİDEO

Lənkəran rayonunda kompleks mülki müdafiə təlimi baş tutub

Milli Teatrda "Payız sonatası" hazırlanır

Azərbaycan millisinin Avstriya toplanışı üçün heyəti bəlli olub

MDU-nun rektoru: Malayziya ali təhsil ocaqları ilə əməkdaşlıq universitetimizin qlobal inkişaf xəttini gücləndirəcək

Gəncədə gənc xilasedicilərin zona yarışı təşkil olunub

Gənclər üçün “Microsoft World Championship Hackathon” təşkil edilib

Oleq Babaka həsr olunan kitab Ukraynada təqdim edilib

Media nümayəndələri Şamaxıda güləş zalı ilə tanış olublar

Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Beynəlxalq güləş qaydaları Azərbaycan dilinə tərcümə edilib

Bakıda Üçüncü Kəlağayı Festivalı təşkil olunub

Kimyanın müasir çağırışları adlı konfransa 200-dən çox məqalə təqdim olunub

Təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə həmin dövr üzrə 37,1 milyon manat ödənilib

Azərbaycanın Mavritaniyadakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

FHN-in qurumları arasında minifutbol çempionatına yekun vurulub

Nüvə silahlarının yayılmaması konfransının nəticəsiz başa çatması BMT Baş katibini məyus edib

Prezident İlham Əliyev: WUF13 Azərbaycanın daha yaxşı gələcək naminə multikulturalizmə və kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir

WUF13 qlobal şəhərsalma məsələlərində dünya ölkələrini daha məsuliyyətli olmağa təşviq etdi- ŞƏRH

Oleksandr Mişenko: Ukrayna Türkiyədə Rusiya ilə danışıqlara hazırdır

AGF-nin Hakimlər Komitəsinin sədri: Futbolun azarkeş kütləsi daha çox olduğu üçün hakimlərin məsuliyyəti artır

WUF13 çərçivəsində 179 minə yaxın sərnişin daşınıb

Londonda Qarabağın alban xristian irsinə həsr olunan interaktiv platforma təqdim edilib

Ayrı-ayrı ərazilərdə intensiv və güclü yağış müşahidə olunub - FAKTİKİ HAVA

Suriyada İŞİD terrorçuları yaxalanaraq Türkiyəyə gətirilib

Bu saata olan əsas xəbərlər

Rusiya Harri Kasparovu beynəlxalq axtarışa verib

Avropa İttifaqı və Meksika arasında yeni azad ticarət sazişi imzalanıb

WUF13 Azərbaycan xalqının mədəni simasının dünyaya tanıdılması baxımından son dərəcə əhəmiyyətli idi - ŞƏRH

FHN Sumqayıtda qanunsuz tikilini söküb VİDEO

FHN Sumqayıtda qanunsuz tikilini söküb VİDEO

Beynəlxalq Güləş Günü ilə bağlı seminar təşkil edilib VİDEO

Beynəlxalq Güləş Günü ilə bağlı seminar təşkil edilib VİDEO

Türkiyənin universitet rektoru: Türkiyə və Azərbaycanın uğurlarının təməli Çanaqqala və Qarabağda qoyulub

May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

AZCON Holding WUF13 çərçivəsində innovativ şəhər həllərini nümayiş etdirib

NDU Beynəlxalq Kembric Məktəbinin şagirdləri HIPPO Olimpiadasında uğurlu nəticə göstərib

Çində kömür mədənində baş verən qəzada ölənlərin sayı 82-yə çatıb YENİLƏNİB-2

Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulluğunda olub

Qubada Aşıq Ələsgərin irsi elmi-praktik müstəvidə təhlil olunub

Göydəniz Qəhrəmanov: Bakı–Tbilisi qatar xəttinin yenidən açılması regional turizmə yeni imkanlar yaradır

Yanğın söndürüldü, xilasetmə əməliyyatları yerinə yetirildi - Naxçıvan Tibb Kollecində təlim VİDEO

Yanğın söndürüldü, xilasetmə əməliyyatları yerinə yetirildi - Naxçıvan Tibb Kollecində təlim VİDEO

Qərbi Azərbaycan İcmasında tədqiqatçı Şəfəq Nasirin yeni kitablarının təqdimatı olub

Premyer Liqa: Bu gün daha iki oyun reallaşacaq

ETSN kollektivi peşə bayramını qeyd edib

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır

Pakistan və Qətər İran-ABŞ razılaşması üzrə vasitəçilik səylərini gücləndirib

Venesuelada əfv qanunundan sonra 395 məhbus azad edilib

Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri Naxçıvanda möhtəşəm konsert proqramı ilə çıxış edib

CBS: Nyu-Yorkda zavodda baş verən partlayışda 16 nəfər xəsarət alıb

Adrian Griffiths: Azərbaycan davamlı və hərtərəfli şəhər bərpasında nümunə göstərir

Dünya mediası WUF13-ün qlobal şəhərsalma siyasətində yeni yol xəritəsinin müəyyənləşməsində rolundan yazıb

“Axios”: Tramp İrana qarşı yeni zərbələri nəzərdən keçirir

İlyas Demirci: Qarabağda itirilmiş elə mədəni irs nümunələri var ki, biz onları yenidən bərpa etməyi bacarmalıyıq

Bağdadda Şuşaya həsr olunmuş kitabın təqdimatı olub

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

Marçin Budzinski: Bakı şəhərlərin uğurlu transformasiyası və inkişafının parlaq nümunəsidir

Konqonun milli futbol komandası dünya çempionatından kənarlaşdırıla bilər

“Trabzonspor” Türkiyə Kubokunun qalibi olub

UN-Habitat mütəxəssisi: Azərbaycan şəhər bərpasına uğurlu yanaşma nümayiş etdirir