Suriyada İŞİD terrorçuları yaxalanaraq Türkiyəyə gətirilib
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada bir qrup İŞİD terrorçusunu ələ keçirmək üçün uğurlu əməliyyat keçirib.
AZƏRTAC xəbər verir ki, MİT və Suriya kəşfiyyat xidmətləri tərəfindən koordinasiya edilən əməliyyat zamanı əslən Türkiyədən olan və İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş 10 İŞİD yaraqlısı tutularaq Türkiyəyə gətirilib.
Kəşfiyyat məlumatlarına görə, saxlanılan şəxslər Türkiyədə törədilənlər də daxil olmaqla, çoxsaylı terror aktında iştirak ediblər.
Yaxalanan İŞİD yaraqlılarından biri - Ömer Deniz Dündar 2015-ci ildə Ankara dəmir yolu stansiyasında 109 nəfərin ölümünə səbəb olan terror aktını törədənlər ilə əlaqəlidir. Türkiyə məhkəmə orqanlarının qərarı ilə terrorçular barəsində həbs qətimkan tədbiri seçilib.
Ramin Abdullayev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [17:23]
Labubu dünya çempionatının açılış mərasimində iştirak edib
- 12.06.2026 [16:26]
Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb
- 12.06.2026 [16:10]
Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər
- 12.06.2026 [15:59]