BEŞ AYDA 337,1 MİLYON MANATLIQ RABİTƏ XİDMƏTİ GÖSTƏRİLMİŞDİR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin yanvar-may aylarında rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 337,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,9 faiz çox rabitə xidməti göstərilmişdir. Xidmətlərin 79,3 faizi bilavasitə əhaliyə göstərilmişdir.
Əldə olunmuş gəlirlərin 70,6 faizi mobil telefon rabitəsindən yaranmış və 2007-ci ilin yanvar-may ayları ilə müqayisədə bu xidmətlərin həcmi 40,8 faiz artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:40]
Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ
- 11.06.2026 [12:37]