REGİONLAR
Beyləqanda yol qəzası olub, ata və oğul ölüb
Beyləqan, 6 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Beyləqan rayonu ərazisində yük və minik avtomobilləri toqquşub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza ötən gün gecə saatlarında Beyləqan rayonunun Xalac-Aşıqalılar kənd yolunda qeydə alınıb. Emin Həziyevin idarə etdiyi "Niva" markalı avtomobil və Elmdar Qafarovun sükan arxasında olduğu "Qazel" markalı yük maşını toqquşub. Qəza nəticəsində "Nivan"nın sürücüsü və avtomobildə olan oğlu Rəvan Həziyev ölüb. "Qazel"in sürücüsü isə yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.