Beynəlxalq Ailə Gününə həsr olunmuş festival keçirilmişdir
Bakı, 14 may (AZƏRTAC). Mayın 14-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 15 may - Beynəlxalq Ailə Günü münasibətilə gənc ailələr arasında ənənəvi “Mənim ailəm” festivalı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə Azərbaycan ailə modelinin və onun dəyərlərinin nümunəvi olduğunu bildirmişdir. O, gənc ailələrə dövlət tərəfindən göstərilən qayğını, onların sosial probleminin həlli istiqamətində aparılan islahatları xüsusilə vurğulamışdır.
İntiqam Babayev iştirakçıları təbrik edərək onlara uğurlar arzulamışdır.
Festivalda Bakıdan və respublikanın müxtəlif regionlarından 30-dan çox gənc ailə iştirak etmişdir.
Gənc ailələr musiqi, idman, bilik, foto və rəsm müsabiqələrində yarışmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]