Beynəlxalq Mühasiblər Federasiyasının prezidenti UNEC-də olub
Bakı, 16 sentyabr, AZƏRTAC
Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) prezidenti xanım Asma Resmouki Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.
Rektor Ədalət Muradovla görüşən Asma Resmoukiyə mühasiblərin hazırlığı prosesi, universitetin MBA proqramı üzrə mühasibat uçotu ixtisaslaşmasının ikinci dəfə 5 il müddətinə ACCA akkreditasiyasından keçməsi, MBA magistrlərinin F1-F9 fənlərindən azad olmaları, eləcə də UNEC-də kompüter əsaslı ACCA İmtahan Mərkəzinin yaradılması barədə məlumat verilib.
Sonra tərəflər arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib.