Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları “Şahdağ” Turizm Mərkəzinə ekskursiya edib
Qusar, 6 mart, Elxan Yusifli, AZƏRTAC
XVI Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçılarının "Şahdağ" Turizm Mərkəzinə ekskursiyası təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəb iştirakçıları kompleksin infrastrukturu, təbiət mənzərələri və burada yaradılmış turizm imkanları ilə yaxından tanış olublar. Onlara turizm mərkəzinin qış və yay aylarında turistlər üçün təqdim etdiyi imkanlar, müxtəlif idman və əyləncə fəaliyyətləri, həmçinin bölgənin multikultural mühiti haqqında geniş məlumat verilib. “Müxtəliflik və bərabərlik: İnklüziv gələcəyin qurulması” adlı XVI Beynəlxalq Multikulturalizm Məktəbi martın 10-dək davam edəcək. Məktəbdə Azərbaycan, Rusiya, Bolqarıstan, Braziliya, Serbiya, Rumıniya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, İraq, Moldova, Türkiyə, Yaponiya, Polşa, Cənubi Koreya, Zimbabve, Çin, Yəmən, Pakistan, Mərakeş və Mozambikdən olan 25 tələbə iştirak edir.