Beynəlxalq Sahilyanı Təmizlik Günü toplanmış tullantılar təkrar emala göndəriləcəkdir
Bakı, 19 sentyabr (AZƏRTAC). Beynəlxalq Sahilyanı Təmizlik Gününün 27-ci ildönümü ilə əlaqədar sentyabrın 22-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində “Zibili götür, təmizlə, fərqi gör!” devizi altında ekoloji tədbir keçiriləcəkdir.
Bu ekoloji təşəbbüsə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) də qoşulacaqdır.
“Təmiz Şəhər” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, Beynəlxalq Sahilyanı Təmizlik Günü sahillərin, daxili suların və okeanların məişət tullantıları və zibildən təmizlənməsi məqsədilə dünyada keçirilən birgünlük könüllülük təşəbbüsüdür.
Aksiya zamanı Şüvəlan sahili zibil və tullantılardan təmizlənəcəkdir. Toplanmış bütün tullantılar sınaq rejimində fəaliyyət göstərən Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda çeşidlənərək təkrar emala göndəriləcəkdir.
Dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu təşəbbüsə qoşulacaqlar.
“Coca-Cola” şirkəti bütün iştirakçıları nəqliyyatla, köynəklərlə, sərinləşdirici içki ilə, naharla və təmizlik üçün lazımi avadanlıqla təmin edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]
TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər
- 01.10.2026 [22:51]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [22:41]
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib
- 01.10.2026 [22:22]