Beynəlxalq yürüşün iştirakçıları Şamaxıda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər
Bakı, 10 may (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin, Azərbaycan Dövlət Neft Şirkətinin birgə təşkilatçılığı ilə Bakı-Zaqatala marşrutu üzrə keçirilən “Böyük Qafqaz” velosiped yürüşünün iştirakçıları mayın 10-da Şamaxı şəhərinə çatmışlar.
AZƏRTAC xəbər verir ki, 120 kilometr məsafə qət edən idmançıları şəhərin giriş qapısında rayon gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov, qurumun əməkdaşları qarşılamışlar.
İdmançılar Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
Beynəlxalq veloyürüşdə Azərbaycan, Litva, Gürcüstan və İrandan 1993-1994-cü il təvəllüdlü 24 velosipedçi iştirak edir. Azərbaycan 2 komanda ilə mübarizəyə qoşulmuşdur. Yürüşün əsas hissəsi İsmayıllı rayonundan başlanacaqdır. Bakı-İsmayıllı marşrutu idmançılar üçün treninq xarakteri daşıyır.
Qaliblər yürüşün sonunda - mayın 15-də Zaqatalada təltif olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]
Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib
- 09.09.2026 [13:01]