BİLDİRİŞ
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsinin (referendumunun) hazırlanmasını və keçirilməsini müşahidə etmək arzusunda olan kütləvi informasiya vasitələri rəhbərlərinin nəzərinə çatdırılır ki, MSK-nın qəbul etdiyi qərara uyğun olaraq, rəhbərlik etdikləri orqanın jurnalistlərinin tam siyahısını 15 iyul 2002-ci ilədək Mərkəzi Seçki Komissiyasına təqdim etsinlər.
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası