Biləsuvar sakininin avtomobilindən qanunsuz silah aşkarlanıb
Biləsuvar, 3 aprel, Bağır Əliyev, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Bəydili kənd sakini, əvvəllər məhkum olunmuş Məlik Əzizov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, Məlik Əzizovun idarə etdiyi "VAZ 2107" markalı avtomobilə keçirilən baxış zamanı qabaq oturacağın altından 16 kalibrli lüləsi və qundağı kəsilmiş "abrez" tipli nömrəsi silinmiş tüfəng aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.