Biləsuvarda 1176 yerlik məktəb binası tikilir
Biləsuvar, 2 aprel, Mahir Babayev, AZƏRTAC
Prezident İlham Əliyevin imzaladığı sərəncamla ayrılan vəsait hesabına Biləsuvar şəhər 1 nömrəli tam orta məktəb üçün bina inşa olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1176 şagird yerlik dördmərtəbəli binanın tikintisinə bu ilin yanvarında başlanılıb. Artıq 3-cü mərtəbənin hörgüsü aparılır. Bununla yanaşı, idman zalının dam örtüyü vurulur, daxildə isə suvaq işləri görülür.
Məktəb binasında 54 sinif otağı olacaq. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, idman və akt zalları, kompüter otaqları fəaliyyət göstərəcək.
Binanın tikintisi yeni dərs ilinədək başa çatdırılacaq.