Biləsuvarda hər gün 170-180 hektar sahəyə çiyid səpilir
Biləsuvar, 27 aprel, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda çiyid səpini uğurla davam edir. Ötən il pambıq plantasiyalarından 28 min 333 ton xam pambıq toplayan biləsuvarlı “ağ qızıl” ustaları cari ildə 5 min 240 hektar sahədə pambıq əkməyi planlaşdırıblar. Bunun üçün 1491 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb və onlar lazımi texnika, toxum ilə təmin olunub və digər köməkliklər göstərilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, səpin kampaniyasına mütəşəkkil başlayan pambıq istehsalçıları qısa müddətdə 4 min 733 hektar sahəyə toxum səpiblər. Hər gün rayon üzrə ümumilikdə 170-180 hektar sahəyə çiyid səpilir. Səpin aparılmış sahənin 2 min 29 hektarı “MKT-İK” MMC-yə, 767 hektarı “AZƏRPAMBIQ” MMC-yə, 1255 hektarı “P-AQRO” MMC-yə, 682 hektarı isə “Təcrübə-Sınaq” məntəqəsinə məxsusdur. Məhsul istehsalçıları səpini optimal müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.
Qeyd edək ki, artıq ilkin səpin aparılmış 130 hektar sahədə yaxşı çıxış alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]