Azərbaycan Dövlət İnformasiya Agentliyi

Birəsrlik “erməni məsələsi”nin sosial və siyasi aspektləri

Birəsrlik “erməni məsələsi”nin sosial və siyasi aspektləri

İstanbul, 24 aprel, Günel Karatepe, AZƏRTAC

Bu gün bəziləri böyük ah-vayla qondarma “erməni soyqırımı”nın ildönümünü qeyd edirlər. Bəs hər il müxtəlif üsullarla yad edilən, Osmanlı imperiyasının son əlli ilinə damğasını vuran ən əsas problemlərdən biri olan, Türkiyə rəsmilərinin hər fürsətdə vurğulayaraq arxivlərin açılmasını istədikləri bu dırnaqarası erməni məsələsinin siyasi və sosial aspektləri nələrdir?

AZƏRTAC qondarma “erməni soyqırımı” məsələsinin tarixçəsinə qısa nəzər salır.

Osmanlı imperiyası yarandığı gündən bəri Türkiyə öz hakimiyyəti altında olan xalqları ədalətli və tolerant bir şəkildə idarə edib ki, mənsubiyyətindən asılı olmayaraq, dövlətin tabeliyindəki hər kəs bu geniş azadlıq mühitindən bəhrələnib. Osmanlı əhalisinin əhəmiyyətli bir hissəsini təşkil edən digər, qeyri-müsəlman millətlərdən olan ermənilər üçün də mülki təhlükəsizlik, təhsil və dil azadlığı, iqtisadi rifah kimi bütün amillər təmin edilib. Onlara irqi və dini azadlıqlarını sülh və təhlükəsizlik şəraitində qoruyub saxlamaq imkanı yaradılıb.

Əslində, Osmanlı imperiyası daxilində ermənilərin ictimai-siyasi hüquq və səlahiyyətlərinin inkişafının başlanğıcı imperiyanın VII padşahı Fateh Sultan Mehmetin dövrünə təsadüf edir. Belə ki, İstanbulu fərqli dinlərdən insanların birlikdə yaşadığı ticarət və mədəniyyət mərkəzinə çevirməyi hədəfləyən Sultan Mehmet imperiya ərazisində yaşayan erməni xalqı üçün patriarxlıq yaradıb və bu dini qurum yerli ermənilərin idarəçiliyinin hüquqi, mədəni və dini aspektlərini öz üzərinə götürüb. Əsrlər boyu Osmanlı hakimiyyəti altında yaşamış ermənilər ticarət, sənət, zərgərlik kimi xüsusi təhlükəsizlik tələb edən sahələrlə yanaşı, dövlətin maliyyə, xarici işlər, zərbxana kimi əhəmiyyətli qurumlarında da təmsil olunublar. Hətta imperiyanın 32-ci padşahı Əbdüləziz Xanın dövründə Osmanlının 1876-cı ildə elan edilən ilk və son Konstitusiyasının (Kanun-ı Esası-Təməl Qanun) 8-ci maddəsinə əsasən, ermənilər də daxil olmaqla, din və məzhəbindən asılı olmayaraq, ölkə sərhədləri daxilində yaşayan hər kəs müsəlman əhali ilə eyni hüquq və azadlıqlara malik statusa gətirilib.

Bir sözlə, ermənilər əsrlər boyu heç bir problemlə qarşılaşmadan Osmanlı daxilində yaşayıb, hətta imperiyanın xristian əhalisi arasında imtiyazlı statusa malik olublar. Lakin imperiyanın zəifləməsindən faydalanan böyük dövlətlərin Osmanlının bütün xristian üzvləri kimi, erməniləri də öz maraqlarına uyğun istiqamətləndirməyə başlaması onların müstəqil dövlət qurmaq cəhdlərinə təkan verib. Yəni, vaxtilə Osmanlı tərəfindən “milleti sadıka” (sadiq xalq) adlandırılan ermənilər imperiyanın zəifləməsini fürsət bilərək, necə deyərlər, baş qaldırıblar. Bu da günümüzədək davam edən “erməni məsələsi”ni ortaya çıxarıb.

Lakin ermənilərin Osmanlı hakimiyyətinə qarşı ilk silahlı qarşıdurması “Zeytun üsyanı” kimi tarixə düşüb. Bu hadisə Maraşın (Türkiyənin hazırkı Kahramanmaraş vilayəti) Zeytun qəsəbəsində baş verib. Zeytun erməniləri Osmanlı padşahı IV Murad tərəfindən verildiyini iddia etdikləri fərmana əsasən, 1774-cü ildən vergi ödəməkdən imtina ediblər. Məsələnin həlli üçün qəsəbəyə gələn Maraş valisi Ömər Paşa Zeytun erməniləri tərəfindən öldürülüb və bundan sonra qəsəbə 7 ay davam edən hərbi vəziyyətə məruz qalıb.

Sonralar ermənilər Osmanlı hakimiyyəti altında 30-a yaxın üsyan həyata keçiriblər.

1878-ci ildə Rusiya-Türkiyə müharibəsini başa çatdıran San-Stefano sülh müqaviləsinin 16-cı maddəsi və onu əvəz edən Berlin müqaviləsinin 61-ci maddəsi ilə Osmanlı ermənilərlə bağlı islahatlar aparmağı qəbul edib. Beləliklə, beynəlxalq müqavilələrə daxil olan “erməni məsələsi” artıq Osmanlının daxili məsələ olmaqdan çıxaraq, Rusiya və İngiltərənin müdaxilə vasitəsi kimi istifadə edəcəyi problemə çevrilib.

Ermənilərin əsas məqsədi türkləri Şərqi Anadoludan qovaraq bu bölgəni də əhatə edən müstəqil erməni dövləti yaratmaq idi. Onların bu istəkləri qarşısında türklər təbii olaraq Anadoludakı torpaqlarından əl çəkməyib və müqavimət göstəriblər. Bu istəklərini həyata keçirmək üçün müxtəlif yollara əl atan ermənilər isə xüsusilə Şərqi Anadoluda türk kəndlərinə basqınlar edərək çox sayda insanı qətlə yetiriblər.

Qərbin bəzi böyük dövlətlərinin öz maraqları daxilində dəstəklədikləri erməni millətçiləri Birinci Dünya müharibəsi başlayanda, yəni, 1914-cü ildə Şərqi Anadolu bölgəsində ruslarla da əməkdaşlıq edirdilər. Bunun nəticəsində ermənilər bir tərəfdən Osmanlı ordusunun əməliyyat imkanlarını çətinləşdirir, digər tərəfdən isə bölgədəki müsəlman türklərə qarşı qırğınlar törədirdilər. 1914-1918-ci illərdəki üsyanlarda xalqlar arasında baş verən qarşıdurmalar nəticəsində Şərqi Anadolu bölgəsi və Qafqazdan 1 milyon 200 min müsəlman məcburi köçkün vəziyyətinə düşüb. Anadoluya gələn 1 milyon Qafqaz müsəlmanından 130 min dinc sakin həlak olub. Epidemiyalar, aclıq, yoxsulluq səbəbindən həlak olanlar və erməni quldur dəstələri tərəfindən yolda öldürülənlər də daxil olmaqla, öldürülən müsəlman türklərinin sayı təxminən 2,5-3 milyon təşkil edib.

Buna görə də Osmanlı imperiyası təhlükəsizliyi və ictimai asayişi təmin etmək, erməni quldur dəstələrinin hücumlarının qarşısını almaq məqsədilə ermənilərə qarşı deportasiya qərarı verib. Türkiyə tarixçilərinin məlumatına görə, bu deportasiya zamanı 200 min erməni həyatını itirib. Ermənilər isə bu itkilərin 10 dəfə çox olduğunu iddia edirlər. Bəzi mənbələrdə ölənlərin sayının 600-800 min arasında olduğu da bildirilir. Lakin qeyd etmək lazımdır ki, deportasiya illərində Osmanlı imperiyasında təxminən 2 milyon erməni yaşayıb. Belə olduğu halda, iddia edildiyi kimi, deportasiya zamanı 2 milyona yaxın erməninin həlak olması real görünürmü?

Qazi Mustafa Kamal Atatürkün başçılığı ilə gedən Qurtuluş müharibəsi zamanı da türklər bir tərəfdən düşmənə, digər tərəfdən isə öz maraqlarına xidmət etməyə alışmış ermənilərə qarşı mübarizə aparmalı olublar. Ölkənin həm şərqi, həm də cənubunda türk milli varlığına qarşı çıxan ermənilərə qarşı şiddətli mübarizələr gedib. Bölgə xalqı, o cümlədən qadınlar və uşaqlar isə erməni zülmünə və işgəncələrinə məruz qalıblar.

Bütün bunları nəzərə alaraq, artıq yüz ildən bəri davam edən “erməni məsələsi”ni həll etmək üçün hər iki tərəfdən tanınmış tarixçilərin tarixi faktlarla, bütün mövcud sübut və mənbələrə əsaslanaraq məsələni araşdırmaları böyük əhəmiyyət daşıyır. Təbii ki, bunun üçün bütün arxivlər açılmalıdır. Türkiyə tərəfinin təkidlərinə baxmayaraq, erməni quldur dəstələrinin türk kəndlərinə və türklərə hücumları ilə bağlı məlumatları əks etdirən arxivlər açılmır. Yəni, bu arxivləri paylaşmaq istəmirlər. Lakin buna baxmayaraq, Osmanlı imperiyasının arxivlərinin açılması üçün Türkiyəyə davamlı təzyiqlər edilir. Fikrimizcə, bunda da erməni lobbisinin təsiri var desək, yanılmarıq. Türkiyə tərəfi getdikcə öz arxivlərini dünya ictimaiyyəti ilə bölüşür. Lakin bu, təktərəfli bir məsələ deyil. Bu gün Azərbaycanla və buna bağlı olaraq Türkiyə ilə münasibətlərini normallaşdırmağa doğru gedən Ermənistan həm Qərbi Azərbaycan, həm də “erməni məsələsi” ilə də bağlı səmimi və şəffaf olmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan musiqiçiləri Tsinandali festivalında iştirak edirlər

Bir ömür, minlərlə kadr: Kənan Məmmədovun kino salnaməsi VİDEO

Bir ömür, minlərlə kadr: Kənan Məmmədovun kino salnaməsi VİDEO

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

Tarixi-mədəni irsin qorunması: dəyərlərə münasibət və məsuliyyət

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

“İngilis dilinin leksikologiyası” adlı yeni dərslik nəşr olunub

Azərbaycanın Almaniyadakı səfiri Aşağı Saksoniya torpağına səfər edib

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib

Naxçıvan şəhərinin bəzi hissələrində su təchizatında fasilə yaranacaq

Bütün turizm obyektlərini fasiləsiz videomüşahidə sistemləri ilə mümkün qədər tam təchiz etmək lazımdır ŞƏRH

ABB-nin təcrübə proqramında Qarabağ Universitetinin 61 tələbəsi iştirak edib

Xorvatiyalı idmançı: Son kilometrdə maksimum güc sərf edərək finişə birinci çatdım

Qarabağ Universitetində yeni tədris ilinin əsas hədəfləri müəyyənləşdirilib

“Sabah” klubu uşaq futbolunun inkişafı məqsədilə 10 milyon manatlıq proqram yaradır

Avropa İttifaqı “Airbnb” və digər qısamüddətli kirayə platformaları ilə bağlı qaydaları sərtləşdirir

Mirzə Fətəli Axundzadənin irsinə dair nadir sənədlər Gürcüstan arxivində

BMTMM sədri “The Black Garden” filminə dair “The Guardian” qəzetində dərc olunmuş rəyə cavab verib

Şəkidə 600-dən yuxarı bal toplayan məzunlarla görüş olub

Sentyabrın 6-na olan hava proqnozu açıqlanıb

ABŞ, Çin və daha 18 ölkə süni intellektin tənzimlənməsinə dair ümumi prinsiplər üzrə razılığa gəlib – “Karolina prinsipləri”

Qubada beynəlxalq şahmat festivalına start verilib

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

Milli Kitabxanada Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açılıb

Almatıda Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Zamanın nəfəsi xalq sənətində” sərgisi açılıb

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının Bakı turunda "Yasamal RETSİ" qalib olub

Azərbaycan və Seneqal arasında rəqəmsal tərəfdaşlıq genişlənir

Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışında finişə ilk çatan idmançı bəlli olub

Gürcüstanlı soydaşımız Tailandda keçirilən peşəkar Muay Tay döyüşündə qalib gəlib

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib VİDEO

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib VİDEO

İçərişəhərdə Şanlıurfanın mədəniyyəti ilə bağlı keçirilən festival iki qardaş ölkə arasında mədəni körpüləri daha da möhkəmləndirir

Ekspert: Abidələrin, tarixi tikililərin və təbii qaya səthlərinin cızılması yolverilməzdir

İçərişəhərdə Şanlıurfanın zəngin mədəni irsi nümayiş olunacaq

Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri: Azərbaycanla bizi ortaq mədəniyyət, tarix və dil bağlayır

Hüseyn Böyükfırat: Şanlıurfa Azərbaycan dilinə ən yaxın və böyük oxşarlıq təşkil edən bölgədir

“AzərEnerji” və Azərbaycan Mühəndislik Akademiyası enerji sektorunda mühüm layihələrə başlayır

Bu saata olan əsas xəbərlər

Göygöldə moruq festivalı: Sərgilər, konsertlər və əyləncə VİDEO

Göygöldə moruq festivalı: Sərgilər, konsertlər və əyləncə VİDEO

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

Naxçıvanda 150 sosial xidmətdən 73-ü elektron qaydada təqdim olunur

Mənsurə Əliyeva: Tibb işçilərinin əməyinə verilən yüksək qiymət peşə məsuliyyətimizi daha da artırır

Əhliyyət Mehdiyev: Daşların üzərinə şəhidlərin adlarının səliqəsiz şəkildə yazılması xoşagələn hal deyil

Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında DOST mərkəzlərinin qəbul şöbələri fəaliyyətə başlayacaq

Qusar şəhərində 18 küçə asfaltlanır

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

Premyer Liqa: Son çempion liderə, "Neftçi" debütanta qarşı

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb

Gənc müəllim: Qürurluyam ki, coğrafiya fənni üzrə rayona ilk medalı mənim şagirdim gətirib VİDEO

Gənc müəllim: Qürurluyam ki, coğrafiya fənni üzrə rayona ilk medalı mənim şagirdim gətirib VİDEO

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir

Çində “Saudel” qasırğasına görə 600 min nəfər təxliyə edilib VİDEO

Çində “Saudel” qasırğasına görə 600 min nəfər təxliyə edilib VİDEO

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub

Fərid Qayıbov: “IRONMAN 70.3” yarışını çoxdan gözləyirdik VİDEO

Fərid Qayıbov: “IRONMAN 70.3” yarışını çoxdan gözləyirdik VİDEO

Tramp: Dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib

Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3” triatlon yarışı başlayıb VİDEO

Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3” triatlon yarışı başlayıb VİDEO

Niger Fransanı üsyan cəhdini qızışdırmaqda ittiham edib

Musiqişünas: Bu gün musiqiyə yenidən qulaq asmağı öyrənmək lazımdır

Media: Pentaqon və ABŞ səhiyyə institutları biomüdafiə sahəsində əməkdaşlıq edəcək

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb

ABŞ Səudiyyə Ərəbistanına 5,75 milyard dollarlıq silah satışını təsdiqləyib

Tramp administrasiyası Yaxın Şərq üçün müharibədənsonrakı strategiya hazırlayır

PSJ Luis Enrike ilə müqaviləni uzadıb

Xaçmazda avtomobil bərbərxanaya çırpılıb, sürücü yaralanıb

ABŞ Prezidenti: Hörmüz boğazı tezliklə əvvəlki əhəmiyyətini itirə bilər

Şahbuzda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb VİDEO

Şahbuzda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb VİDEO

Səudiyyə mətbuatı Bakının tarixi və turizm imkanlarından yazıb

Hakerlər Berlin administrasiyasına aid 1,4 milyondan çox məlumatı internetdə yayıblar

Şahbuzda ağır yol qəzası olub, 3 nəfər ölüb

Tramp: ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər

Almaniyanın daxili işlər naziri elektrik şəbəkəsinə hücumların motivini iqlim ekstremizmi ilə əlaqələndirib

ABŞ-nin xüsusi elçiləri Moskvaya və Kiyevə səfər edəcəklər

FAO: Qlobal ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək həddə çatıb

Afrika dünya xəritəsinin yenilənməsini təklif edir: BMT-də “Correct the Map” təşəbbüsü

ABŞ Prezidenti: Çox yaxında Pikaks dağına zərbə endirə bilərik

Tramp: Putin NATO ərazisinə hücum etmək niyyətində deyil

Tramp İranla müharibəni hərbi münaqişə adlandırıb

İsrailin azad etdiyi daha dörd Livan vətəndaşı ölkəsinə qaytarılıb

Bakıda “IRONMAN 70.3” çərçivəsində “IRONKIDS” və “Fun Run” yarışları təşkil olunub

“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçimi uğurla başa çatıb – Birgə məlumat

Premyer Liqa: “Kəpəz” evdə böyük hesabla məğlub olub

Fidan Hacıyeva – 30 il səhnədə: Yaxud “Azərbaycan Karmeni”nin hekayəsi – MÜSAHİBƏ

Azərbaycan güləşçisi Dünya Köçəri Oyunlarında gümüş medal qazanıb

“IRONMAN 70.3” yarışı ilə əlaqədar 13 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

İraqın neft ixracı ötən ay müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

Fransada polislərin kütləvi etiraz aksiyası gözlənilir

Rusiya-Ukrayna müharibəsi Səudiyyə Ərəbistanının arpa tədarükünə ciddi təsir göstərir

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub VİDEO

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub VİDEO

Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir VİDEO

Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir VİDEO

Balakəndə ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirilib

Şəhid mayorun həyat yoldaşı: Şuşa kimi tarixi şəhərdə hər bir daş bizim milli irsimizin bir hissəsidir

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb

MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub