İQTİSADİYYAT
Birləşmiş Ərəb Əmirlikləri investorlarından ibarət nümayəndə heyəti Azərbaycana gələcək
Bakı, 24 iyun, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Əbu-Dabi İnkişaf Holdinqinin baş icraçı direktoru Məhəmməd Həsən Alsuvaidi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib.
“Görüşdə neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyuluşuna dair fikir mübadiləsi apardıq. Kənd təsərrüfatı sahəsinə sərmayə yatırmaqda maraqlı olan BƏƏ investorlarından ibarət nümayəndə heyətinin yaxın vaxtlarda Azərbaycana səfəri barədə razılığa gəldik”, - deyə M.Cabbarov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [18:31]
® "Nar"dan sərfəli smartfon təklifi
- 27.04.2024 [17:17]