İDMAN
Birləşmiş Ərəb Əmirliklərində çoxgünlük velomarafon start götürüb
Bakı, 23 fevral, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərində çöxgünlük velomarafon başlayıb. İdmançılar 7 mərhələdə mübarizə aparacaqlar.
AZƏRTAC xəbər verir ki, 2019-cu ildən keçirilən ənənəvi turnirə paytaxt Əbu-Dabidə start verilib. Yarışda 20 komandanın tərkibində dünyanın tanınmış velosipedçiləri mübarizə aparır. İlk mərhələdə iştirakçılar Əd–Dafra məntəqəsindən Əl-Mirfaya kimi 176 kilometr məsafə qət ediblər. Yürüşü hamıdan tez niderlandlı Matyu van der Poel öndə tamamlayıb. “Alpeçin Feniks” komandasının üzvü 3 saat 45 dəqiqə 47 saniyə nəticə göstərib. Onun həmyerlisi, “Jumbo Visma” komandasının velosipedçisi Devid Deker ikinci yeri tutub. “Trek–Segafredo” komandasının latviyalı üzvü Emils Liyepinş isə mübarizəni 3-cü sırada başa vurub.
İkinci mərhələdə velosipedçilər 13 kilometr məsafəyə fərdi ötüşmədə bacarıqlarını nümayiş etdirəcəklər. Yeddi turdan ibarət velomarafona fevralın 27-də yekun vurulacaq.