BMT-NİN BAŞ KATİBİ DÜNYA VƏRƏMLƏ MÜBARİZƏ GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACİƏT ETMİŞDİR
2006-2015-ci illər üçün “Həyat naminə hərəkat” adlı vərəmlə qlobal mübarizə planı ilə bu xəstəliyə qarşı mübarizədə mühüm mərhələyə qədəm qoyulduğunu bildirən K.Annan, sənəddə nəzərdə tutulan tədbirlərin tam həyata keçiriləcəyi halda, növbəti 10 ildə 14 milyon insanın həyatını xilas etməyin mümkünlüyünü açıqlamışdır. Bundan əlavə, vərəmə yoluxmuş daha 50 milyon insan müalicə oluna, yeni dərman preparatları hazırlana, həmçinin, yeni diaqnostika metodları müəyyən edilə bilər. O bildirmişdir ki, hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirərsə, qarşıya qoyulan məqsədlərə nail olmaq mümkündür.
Vərəmə yoluxmuş insanların yarıdan çoxunun Asiyada yaşadığını bildirən K.Annan Çin, Hindistan, Filippin və İndoneziyada xəstəliyin qarşısının alınmasına kifayət qədər vəsait yönəldilməsini yüksək qiymətləndirmişdir. Buna baxmayaraq, bir çox ölkələrdə xəstəliklə mübarizə istiqamətində görüləsi işlər hələ də çoxdur. Hər şeydən əvvəl, Afrika ölkələrində fövqəladə tədbirlər görülməlidir.
BMT-nin Baş katibi Vərəmlə mübarizə günündə bəşəriyyəti vərəmdən azad dünya qurmağa çağırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]